Hər kəsin gözü önündə qadını zorla maşına mindirməyə çalışdılar - VİDEO

Türkiyənin Qaziantep rayonunda axşam saatlarında avtomobil yolunda qəribə hadisə baş verib. Gənc qadını 3 nəfər yolun ortasında zorla avtomobilə mindirməyə çalışıblar.

Türkiyənin Qaziantep rayonunda axşam saatlarında avtomobil yolunda qəribə hadisə baş verib. Gənc qadını 3 nəfər yolun ortasında zorla avtomobilə mindirməyə çalışıblar.

Hadisə ötən gecə Şahinbey mahalı Yeditepe Məhəlləsi 72 nömrəli Prospektdə qeydə alınıb. Əldə edilən məlumata görə, adı hələ öyrənilməyən gənc qadını 80 HA 973 nömrəli avtomobilə mindirməyə çalışan 3 şəxs qadının müqaviməti ilə qarşılaşınca onu yerə ataraq sürətlə hadisə yerindən uzaqlaşmaq istəyiblər. Avtomobilin qapısını buraxmayan qadın daha sonra maşından enən bir kişi tərəfindən qolundan tutularaq yola buraxılıb. Şübhəlilər dərhal hadisə yerindən uzaqlaşaraq gözdən itiblər.

O anlar isə arxa avtomobildəki vətəndaşın mobil telefonu ilə anbaan qeyd edilib. Hadisədən sonra avtomobillərdən enən digər sürücülər gənc qadının yanına gedərək yerdən qalxması üçün kömək ediblər. Milli.az Haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31