Məhərrəm Qasımlıdan yeni ktab

“Elm və Təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının “Folklor və ədəbiyyat araşdırmaları” adlı yeni kitabı işıq üzü görüb. Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu “Olaylar” – a bildirib ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 10 aprel 2017-ci il tarixli 5 saylı qərarı ilə çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edəni isə Təranə Vəliyevadır. Kitabda Məhərrəm Qasımlının elmi-nəzəri səpkidə yazdığı əsərləri, xüsusən də onun folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barədəki araşdırmaları yer alıb.

"Elm və Təhsil" nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlının "Folklor və ədəbiyyat araşdırmaları" adlı yeni kitabı işıq üzü görüb. Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu "Olaylar" - a bildirib ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 10 aprel 2017-ci il tarixli 5 saylı qərarı ilə çap olunmuş kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədova, tərtib edəni isə Təranə Vəliyevadır. Kitabda Məhərrəm Qasımlının elmi-nəzəri səpkidə yazdığı əsərləri, xüsusən də onun folklor və divan ədəbiyyatı, eləcə də çağdaş ədəbi həyat barədəki araşdırmaları yer alıb.

"Folklor və ədəbiyyat araşdırmaları" ümumi başlığı altında çap olunan kitab əslində üç hissədən - kitab içində kitablardan ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31