“Seanews.az” əmtəəə nişanı aldı

İxtisaslaşmış online dəniz xəbərləri saytı “Seanews.az” öz brendini Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirib. Bununla da sayta müvafiq patent verilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, sayt dövlət reyestrində 23.05.2017-ci il tarixində qeydiyyata alınıb. Standartlaşdırm Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Seanews.az” -a əmtəə nişanı təqdim olunub.

İxtisaslaşmış online dəniz xəbərləri saytı "Seanews.az" öz brendini Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirib. Bununla da sayta müvafiq patent verilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, sayt dövlət reyestrində 23.05.2017-ci il tarixində qeydiyyata alınıb. Standartlaşdırm Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Seanews.az" -a əmtəə nişanı təqdim olunub.

Sayt çap məhsulları və internet vasitəsilə xəbər portallarına çıxışın təmin olunması xidmətləri göstərmək üçün qeydiyyata götürülüb.

Xatırladaq ki, "seanews.az" saytı ilk nömrəsi 1931-ci ildə işıq üzü görən və çapına heç vaxt ara verilməyən "Dəniz" qəzetinin online versiyasıdır. Saytın köməkliyi ilə dənizçilik, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və onun tərəfdaş şirkətləri haqqında xəbərləri əldə etmək mümkündür. Burda həmçinin maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, ekspert rəylərinə də geniş yer verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31