Mənzil bazarında hərc-mərcliyə son qoyulur

Azərbaycanda həyata keçirilən islahatlar özəlləşdirmə sahəsindən də yan keçməyib. Paralel olaraq özəlləşdirilən dövlət mülkiyyətlərinin sənədləşdirilməsi də diqqətdən kənarda qalmayıb. Hazırda vətəndaşların əldə etdikləri daşınmaz əmlakın sənədləşdirilməsinin sadələşdirilməsi istiqamətində təkmilləşdirmə işləri aparılır.

Vətəndaşlar daşınmaz əmlaklarını əvvəlcədən qeydiyyata aldıra biləcəklər

Azərbaycanda həyata keçirilən islahatlar özəlləşdirmə sahəsindən də yan keçməyib. Paralel olaraq özəlləşdirilən dövlət mülkiyyətlərinin sənədləşdirilməsi də diqqətdən kənarda qalmayıb. Hazırda vətəndaşların əldə etdikləri daşınmaz əmlakın sənədləşdirilməsinin sadələşdirilməsi istiqamətində təkmilləşdirmə işləri aparılır. Bu sahədə həyata keçirilən tədbirlərdən biri də vətəndaşlar daşınmaz əmlaklarını əvvəlcədən qeydiyyata aldırması ilə bağlıdır.  Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, son illər ölkəmizdə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır. Komitə tərəfindən daşınmaz əmlak idarəçilyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağrışlara əsaslanan yeni mexanizmlər tətbiq olunur. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı hər tərəfli işlər görülür. Bunlardan biri daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir.

Qeyd edək ki, qabaqcadan qeydiyyat mexanizminin bir sıra üstünlükləri var. Belə ki, bu mexanizmin tətbiqinin daşınmaz əmlak bazarının, tikinti sektorunun daha da canlanmasını təmin edəcəyi bildirilir. H.Mustafayev bildirib ki, qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tiklinin qeydiyyata alınmasıdır. Onun sözlərinə görə, daşınmaz əmlakı qabaqcadan qeydə aldırmanın bir sıra üstünlükləri var. Belə ki, qabaqcadan qeydiyyat bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçün vacib mexanizmdir. Eyni zamanda qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatların həyata keçirilməsini təmin edir. Bundan sonra tikintisi başa çatmamış daşınmaz əmlakla bağlı ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri  yerinə yetirmək mümkündür. Həmçinin mexanizm alınan mənzilin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Satılan mənzilin və ya obyektin həcminin, sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablamasına imkan verir. Eyni zamanda qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğin rəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırılır. Bundan başqa mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır. Onun sözlərinə görə, möhtərəm Prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişiklik edilməsi ilə bağlı 4 aprel 2017 ci il tarixində imzaladığı Fərman, daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Belə ki, dəyişikliyə əsasən ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mükmün olacaq. Bu isə vətəndaşlarda, Mənzil Tikinti şirkətlərində  qabaqcadan qeydiyyat mexanizminə marağı artıracaq. Qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fiziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir.Bundan başqa alqı-satqı zamanı baş verə biləcək qanunpozuntularının aradan qaldırılması, bazarda leqal əmlakların sayının artırılması, vətəndaşların gələcəkdə daha operativ şəkildə çıxarışla təmin olunması da mexanizmin əsas vəzifələrindəndir.  Bundan başqa, qabaqcadan qeydiyyat "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna əsasən istənilən növ daşınmaz əmlakın tikintisinin yekunlaşmadığı halda həmin tiklinin qeydiyyata alınmasını mümkün edir. Mexanizm vasitəsilə bütün kateqoriyaya aid edilən əmlaklar qabaqcadan qeydiyyata alına bilər. Mülkiyyət hüququnun adi qaydada qeydiyyatından fərqli olaraq, qabaqcadan qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla deyil, arayışla rəsmilləşdirilir. Vətəndaş tikintisinə icazə sənədlərini, plan cizgini və tələb olunan digər sənədləri təqdim etməklə əmlakının qabaqcadan qeydiyyatını apara bilərlər. Eyni zamanda tikinti şirkətləri də binanın inşası zamanı tikilən hər mənzili əvvəlcədən qeydiyyata aldıra bilərlər. Qabaqcadan qeydiyyatın məbləğinə gəlincə bildirilməlidir ki, vətəndaşın ödəyəcəyi məbləğ əmlakın sahəsinə, yerləşdiyi mövqeyə və digər parametrlərə görə dəyişir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31