Respublika üzrə 30 minə yaxın narkoman qeydiyyata alınıb
“Respublika üzrə 31.12.2016-cı il tarixinə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkomanların ümumi sayı - 29448 nəfər təşkil edib. O cümlədən, opioidlərin qəbulu nəticəsində - 20576 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8872 nəfər qeydiyyatda olub”. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
4 İyul 2017 13:19 Sosial"Respublika üzrə 31.12.2016-cı il tarixinə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkomanların ümumi sayı - 29448 nəfər təşkil edib. O cümlədən, opioidlərin qəbulu nəticəsində - 20576 nəfər, kannabioidlərin qəbulu nəticəsində - 8872 nəfər qeydiyyatda olub". Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Mərkəzin qeydiyyatında 24056 nəfər, profilaktik qeydiyyatda isə 5392 nəfər olub: "Qeydiyyatda olan narkomanların arasında qadınların ümumi sayı 612 nəfər təşkil edir. Toksikomanların ümumi sayı isə 183 nəfərdir. 2016-cı il ərzində 2142 narkoman qeydiyyata götürülüb. Onlardan dispanser qeydiyyatında olanlar - 1567 nəfər, profilaktik - 575 nəfərdir. 2016-cı il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı - 1249 nəfərdir: dispanser qeydiyyatında olanlar - 691 nəfər, profilaktik - 558 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı - 20576 nəfər təşkil edir. Onlardan 459 nəfəri qadındır"
"2017-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2017-ci ilin 6 ayı ərzində ekspertizadan cəmi 1089 nəfər keçib. Onlardan 657 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 21 nəfərdir, onlardan 16 nəfərin müalicəsi hal-hazırda davam edir"- deyə, məlumatda qeyd olunub.
Nazirliyin məlumatına əsasən, 2017-ci ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzində 1650 nəfər müalicə alıb: "Onlardan 613 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" (F10), 1028 nəfəri "Opioidlərin qəbulunəticəsində psixi və davranış pozuntuları" (F11), 9 nəfər isə digər diaqnozları ilə müalicəyə qəbul edilib. Respublika Narkoloji Mərkəzində həmçinin Metadonla əvəzedici müalicə proqramı həyata keçirilir. Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 202 xəstə müalicə alır. Onlardan RNM-də 156 nəfəri, 46 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzindədir"
Qeyd edək ki, "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə" 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. Respublika Narkoloji Mərkəzində 2017-ci ilin 6 ay ərzində müayinədən 1437 nəfər keçib. Sia.az