Təminatlı krediti çıxış yolu hesab etmək olarmı?

Hazırda dünyada yaşanan qlobal problemlərdən biri də kredit borcları ilə bağlıdır. Kredit öhdəliyi dünya ölkələrində elə cənginə alıb ki,  artıq dövlətin dövlətə, bankın banka, insanların bir-birinə kredit borcu yaranıb. Bəs, yaranmış problemin aradan qaldırılması yolları varmı? Necə etmək olar ki, bəşəriyyət kredit borcundan yaxa qurtara bilsin?

Hazırda dünyada yaşanan qlobal problemlərdən biri də kredit borcları ilə bağlıdır. Kredit öhdəliyi dünya ölkələrində elə cənginə alıb ki,  artıq dövlətin dövlətə, bankın banka, insanların bir-birinə kredit borcu yaranıb. Bəs, yaranmış problemin aradan qaldırılması yolları varmı? Necə etmək olar ki, bəşəriyyət kredit borcundan yaxa qurtara bilsin?

Ekspertlər hesab edirlər ki, hazırda məsələnin ən optimal çıxış yolu təminatlı kreditlərin tətbiqindən asılıdır. Bəs, təminatlı kreditin tərbiqi mexanizmi necədir? Yeri gəlmişkən qeyd edək ki, kredit ilə mübadilələrin aparilmasi iqtisadi inkişafin ən son mərhələsini təşkil edir. Yəni, əvvəllər insanlar malı mal ilə mübadilə etmişlər (barter əməliyyati), sonralar isə pul meydana çixmişdir. Nəhayət, kredit, yəni qarşiliği gələcəkdə ödənəcək və etimad üzərinə qurulmuş bir tədiyə formasi ortaya çixmişdir. Bu üsula görə alınan malların dəyəri dərhal ödənməyərək, gələcəkdə ödənilməsi öhdəliyi gətirilir. Kredit alanın sadəcə ödəmə arzusu yetərli deyil, eyni zamanda kreditin məbləği qədər və hətta ondan yuxari məbləğdə qarşiliği və ya təminati olmalidir. Kredit etimad və ya təminata söykənən bir əməliyyatdir. Kredit qənaət edilən pulların bazara axmasını və mallarin ən faydali şəkildə istifadəsinə yardimçi olur. Kredit əldəki pul ilə gələcəkdə ələ keçəcək pulun mübadiləsidir. Kredit verən pul verib, ödəmə vədi almaqda, kredit alan isə pul alib ödəmə vədi verməkdədir. Pul sonsuz likvid olduğuna görə pul ilə istənilən mal və xidmət satın alına bildiyinə görə, kredit verənin bu gün mal və xidmət satınalmaqdan əl çəkərək gələcəkdə mal və xidmət satin almasını, kredit alanin isə gələcəkdə mal və xidmət satınalmaqdan əl çəkərək bu gün mal və xidmət satınalmasini mümkün edər. Kredit gələcək gəlirlər hesabina xərcləmək imkani verməklə yanaşi, iqtisadiyyatda satinalma gücünün artmasına, mübadilə həcminin genişlənməsinə səbəb olur.

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, istifadə formasina görə kreditlər istehsal,  istehlak və investisiya kreditlərinə ayrılır. Investisiya    krediti - istehsal fəaliyyətlərinin genişlənməsi, yəni istehsal vahidlərinin açilmasi məqsədi ilə istifadə edilir və adətən, investisiya kreditlərinin müddəti uzun müddətlidir.  Istehsal krediti  alan müəssisə bunun istehsal prosessi fəaliyyətində istifadə edir və kredit müqaviləsində təsbit edilən müddətdə kreditin  əsas  kapitalmi və faizini qaytarir. İstehlak  krediti-istehlakçiların  ehtiyatlari   olan malların təmin edilməsində istifadə edilir, yəni istehlakçilara satınalma gücü qazandirir. Istehlak krediti, kommersiya məqsədi ilə deyil, fərdlərə istehlak ehtiyaclarının qarşilanmasi üçün ayrilan kreditlərdir. Istehlak kreditləri avtomobil, televizor, soyuducu, paltar yuyan maşın və s. bu kimi daşinan istehlak mallarının satin alimını finansə etmək üçün istifadə edilir. Istehlak kreditinin aynca növünü mənzil krediti təşkil edir. Burada kredit hazir mənzilin (evin) alinmasina və yaxud evin tikilməsinə verilir. Mənzil krediti ya bank müəssisəsi, ya da mənzili (evi) tikən şirkət tərəfindən müvafiq olaraq pul və ya natural şəkildə verilir. Bu zaman girov iltizami (girovnamə) tərtib olunur. Və bu sənəd borcalan mənzil kreditini hissə-hissə müəyyən müddət ərzində kreditora qaytarmaq öhdəliyini icra edə bilmədikdə kreditora mənzili (evi) müsadirə etmək hüququ verir. Kreditin bu növünə ipoteka krediti deyilir. "Ipoteka" sözünun mənşəyi bizim eradan əvvəl VI əsrə - qədim Yunanıstana gedib çıxır. Əslən yunan sözü olan ipoteka sözünun mənası "dayaq"və ya "dirək" deməkdir. Həmin zamanlarda Afinada borc öhdəliyini yerinə yetirə bilməyən şəxslərin köləyə çevrilməməsi üçün Afina hökmdarı Solon tərəfindən yeni "ipoteka" qaydası tətbiq edilməyə başlandı. Bu qaydalara görə, borc verən borc alanın torpaq sahəsinə dirək (şalban) basdıraraq, onun üzərindəki lövhədə qeyd edirdi ki, həmin mülkiyyət borc verilən məbləğ üzrə borc verənə məxsusdur. Həmin vaxtdan adı çəkilən dirək "ipoteka" adlandırıldı. Sonralar təsərrüfat münasibətlərinin inkişafı nəticəsində öhdəlik münasibətləri dirəklər üzərində deyil, ipoteka kitablarına yazılmağa başladı. İpoteka krediti - kredit təşkilatının ipoteka zəmanəti əsasında (yəni mülkiyyəti girov qoymaqla) əmlak aktivlərinin alınması üçün borcalana və ya birgə borcalanlara verdiyi pul vəsaitidir. İpoteka krediti daşinmaz əmlakm girovu üzrə verilən kreditdir. Və bu kredit üzrə girovnamə tərtib olunur. Xüsusi mülkiyyətdə olan fərdi və çoxmənzilli yaşayış evləri, habelə mənzillər ipoteka predmeti ola bilər. Borc vəsaitləri müxtəlif məqsədlərə, o cümlədən istehsal və istehlak tələbatlarınin ödənilməsinə istifadə oluna bilər. Əksər hallarda ipoteka borcunun qaytarilmasi mənbəyi borcalanın qarşidan gələn gəlirləridir. Bu isə girov qoyulan daşınmaz əmlakin əsaslandirilmiş qiymətləndirilməsini və borc vəsaitlərinin qaytarılmamasi hallarinda girov qoyulmuş əmlakın satilmasi imkanlarinın müəyyən edilməsini labüd edir. Mənzilin uzun müddətə borca alınmasının iki əsas forması vardır: bunlar bank və qeyri-bank ipotekalarıdır. Bank ipotekası mənzilin uzun müddətə borca alınmasının ən çox istifadə olunan maliyyələşmə formasıdır. Adətən banklar ipoteka kreditini 10-25 və bəzən də 30 il müddətinə, alınan əmlakın 70%-i həcmində verir. Bu kreditlərə ya fiksə edilmiş (əvvəlcədən müqavilədə konkret göstərilərək heç vaxt dəyişdirilməyən) yaxud da üzən (inflyasiyaya proporsional olaraq dəyişən) faiz dərəcələri tətbiq oluna bilər. Təcrübədə bank ipoteka kreditləşməsinin iki əsas modeli mövcuddur. Bunlar seküritizasiya (Amerikan) modeli və sosial (Avropa) modelləridir. Bu modellərdən birincisində, yəni seküritizasiya modelində ipoteka əsasında verilən kredit, qiymətli kağız olan ipoteka kağızı ilə əvəz edilir. Burada ipoteka kağızı borcun təminatçısına çevrilir. Belə ki, ipoteka kağızı bu qiymətli kağızın emitenti olan borcalanın, borc verən qarşısında götürdüyü kredit üzrə öhdəliyini təsdiqləyən bir hüquqi sənəddir. İpoteka kağızı həm də onun sahibinin buraxdığı istiqrazların zəmanət təminatçısı rolunu oynaya bilər. İpoteka kağızı həm də likvid maliyyə alətidir. İpoteka kağızının sahibi istədiyi zaman onu təkrar bazarda sata bilər. İpoteka kreditləşməsinin həyata keçirilməsinin ikinci modeli olan Avropa modeli isə daha çox sosial əhəmiyyətə malikdir və əhalidə olan pul yığımlarının həcmindən çox asılıdır. Başqa sözlə, bu modelə yığım ipoteka sistemi də demək olar. Bu baxımdan klassik mənada da ipoteka modeli iki qrupda təsnifləşdirilir: franko-skandinaviya və anqlo-amerikan. Franko-skandinaviyanın ən bariz nümunəsi Almaniya hesab olunur ki, bu ölkədə mənzil kreditləşdirilməsinə vəsaitlər əsasən ssuda-əmanət sistemi, yalnız 20 faiz vəsaitlər isə qiymətli kağızlar vasitəsilə cəlb olunub. Anqlo-amerikan modelinin əsasını təşkil edən ABŞ-da isə ipoteka kreditləşməsinin 52 faizi ipoteka istiqrazlarının buraxılışı vasitəsilə baş verir. Beləliklə, kreditin tarixinə nəzər salqıqda aydın olur ki, kredit əməliyyatı zamanı ən sınanılmış metod təminatlı kreditin tətbiqidir ki, hazırda dünya ölkələri buna daha çox can atmağa cəhd edirlər.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31