Qeyri-etik reklamlar küçə və xiyabanları zəbt edib

Azərbaycanda “Reklam haqqında” qanunun dəfələrlə dəyişdirilməısinə baxmayaraq hələ də mövcud problemləri tamamilə aradan qaldırmaq mümkün olmayıb. Xüsusən, sosial reklamlarla bağlı yaranan neqativ hallar cəmiyyətdə birmənalı qarşılanmır. Düzdür, sözügedən qanunun yeni variantında sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib, ancaq onun icrasında sadlanan prinsiplərə yetərincə riayət olunmur. Halbuki hazırda sosial reklamlar   cəmiyyət həyatında mühüm rol oynayır.

İstənilən mal və məhsulun çılpaq qadınla verilməsi dəb halını alıb

Azərbaycanda "Reklam haqqında" qanunun dəfələrlə dəyişdirilməısinə baxmayaraq hələ də mövcud problemləri tamamilə aradan qaldırmaq mümkün olmayıb. Xüsusən, sosial reklamlarla bağlı yaranan neqativ hallar cəmiyyətdə birmənalı qarşılanmır. Düzdür, sözügedən qanunun yeni variantında sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib, ancaq onun icrasında sadlanan prinsiplərə yetərincə riayət olunmur. Halbuki hazırda sosial reklamlar cəmiyyət həyatında mühüm rol oynayır. Xüsusən, çap və elektron mediada gedən reklamların təsiri inkaredilməz dərəcədə yükəkdir. Cəmiyyətin müxtəlif təbəqəqərinə necə təsir etməsinin fərqinə varmadan yeri gəldi-gəlmədi verilən reklamlar insanların psixologiyasına mənfi təsir etməkdədir. Məsələ ilə bağlı dəfələrlə "Televiziya və radio yayımı haqqında" qanunda dəyişikliklər edilməsi təklifi hələ də həllinin tapmamış qalır. Bununla kifayətlənməyən "reklamçılar" azyaşlıların da mənəviyyatını oğurlamaq yolunu tutublar. Belə ki, hazırda dərsliklərin və dərs ləvazimatlarının üzərində elə  reklamlar yerləşdirilir ki, onların uşaqlara xeyrindən çox ziyanı dəyir. Məsələn, şagird dəftərinin üzərində  məhşur futbolçu Messinin, onun əlində isə pepsi butulkası var. Halbuki onun yanında futbolla bağlı reklam şəkli olmalıdır. Çox təssüf ki, reklamçılar Messi vasitəsilə insan orqanizminə mənfi təsir göstərmək gücüna malik içki reklam olunur.

Qeyd edək ki, hazırda ən çox problemin yaşandığı sahə spirtli işkilər və tütün məmulatlarının reklamı ilə bağlıdır. Məlumdur ki, telekanallarda spirtli içkilərinin axşam saat 11-dən tez  reklamına, spirtli içkilərin içilməsi prosesinin nümayiş edilməsinə, bilavasitə yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edildikdə, obraz kimi yeniyetmə və gənclər arasında populyar olan şəxslərdən və idmançılardan, həmçinin 25 yaşadək istənilən şəxsdən istifadə edilməsinə yol verilmir. Təəssüf ki, yerli kanallarımızda bu hallar nəzərə alınmayaraq spirtli içki və pivələrin reklamı qanunvericilkdə müəyyən olunmamış vaxtda davam etdirilir. Xüsusən, milli kliplərimizdə belə reklamlardan geniş istifadə edilir. Əksər qadın müğənnilər ya spirtli içki, ya da siqaret nümayiş etdirir. Eyni zamanda, spirtli içkinin uşaq bağçaları, təhsil, idman obyektlərində, ayin binalarda və  onlardan 100 metrədək məsafədə reklam yayımı qadağandır. Bizdə isə nəinki bu qaydaya əməl edilmir, hətta həmin obyektlərin nəzdində kafe-barlar və ya pivəxanalar fəaliyyət göstərir.

Ekspertlər hesab edirlər ki, rəsmi idman yarşları zamanı zərəli içkilərin, xüsisən spirtli məhsulların reklamı qadağan edilməlidir. Lakin indiyə qədər sözügedən problem həll olunmamış qalır. Yeri gəlmişkən xatırladaq ki, "Reklam haqqında" qanunda bununla bağlı  bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır. Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir. Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.

Digər bir problem orta məktəblərə yaxın ərazilərdə mərc oyunları ilə bağlı reklamlarlın yerləşdirilməsidir. Əslində hazırda paytaxt məktəblərinin böyük əksəriyyətində mərc oyunları zalları fəaliyyət göstərir. Üstəlik onun üzərinə qabarıq şəkildə reklamın yerləşdirilməsi istər-istəməz məktəblilərin belə zərərli oyunlara meyl etməsinə səbəb olur. Hansı ki, qanunvericiliyə görə, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir. Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması, sosial reklamların isə səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması nəzərdə tutulur.

Bundan başqa, hələ də paytaxt küçələrində, eləcə də efirlərdə əcnəbi dillərdə reklamlar yayımlanır. Düzdür, aidiyyati qurumlar dəfələrlə bəyan ediblər ki, əcnəbi dildə yayımlanan reklamlar qanunsuzdur. Ancaq problemin aradan qaldırılması istiqamətində heç bir real addım atılmayıb. Necə deyərlər, nöqsanı aradan qaldırmaq istəyi açıqlama xatirinə fikir söyləməkdən o tərəfə keçməyib. Nəzərə almaq lazımdır ki, əcnəbi dillərdə olan reklamlar Azərbaycan dili haqqında qanunun pozulması deməkdir. Odur ki, bütün reklamlar Azərbaycan dilində olmalıdır.

Ekspertlər hesab edirlər ki, ölkədə sosial reklamların vəziyyəti olduqca bərbad haldadır. Qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin  açıqlanması və geniş xalq kütləsinə çatdırılan sosial xarakteril reklamlar demək olar ki, yox dərəcəsindədir.  Azərbaycan Respublikasının müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları və ictimai institutlar tərəfindən sifariş olunan sosial reklamlara rast gəlmək mümkün deyil. Bu azmış kimi bir çox hallarda qeyri-etik reklamlar küçə və xiyabanları zəbt edib. Bəzi hallarda reklamlarda bilərəkdən, yaxud bilməyərəkdən sosial kateqoriyalar, yaş qrupları, cinslər, dillər, yaxud fiziki şəxslərin dini, ümumi qəbul edilmiş humanizm və əxlaq normalarına zidd olan təhqiramiz sözlər, müqayisələr və obrazlar  işlədilir. Hətta uşaqlar üçün nəzərdə tutulmuş ərzaq məhsullarının içərisində  milli və ümumbəşəri mədəni irs olan incəsənət obyektlərini, Azərbaycan Respublikasının və başqa dövlətlərin milli valyutaları gözdən salınır. İstənilən mal və məhsulun çılpaq qadınla verilməsi artıq dəb halını alıb. Onu da qeyd edək ki, paytaxtın küçələrində yerləşdirilən reklam lövhələri bir çox hallarda təhlükə mənbəyi rolunu oynayır. Əslində isə küçə reklamı yol hərəkət nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır. Paytaxt küçələrində isə reklamlar bərq vuran işıqlarla az qala trasın üzərinə çıxarılır. Sadalanan faktlar ölkədə sosial reklamlarla bağlı məsələyə yeni baxışın ortaya qoyulmasını tələb edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31