Ekspert: “Müdafiə sistemi daha i nnovativ qurulmalıdır”
“Son 10 ildə İnformasiya Kommunikasiya Texnologiyaları inanılmaz dərəcədə inkişaf edib. Dünyanın demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri tamamilə elektronlaşmaq siyasəti yürüdürlər. Artıq iqtisadi, sosial sahələr tamamilə rəqəmsal platformaya keçid ediblər”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
4 İyul 2017 12:32 Siyasət"Son 10 ildə İnformasiya Kommunikasiya Texnologiyaları inanılmaz dərəcədə inkişaf edib. Dünyanın demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri tamamilə elektronlaşmaq siyasəti yürüdürlər. Artıq iqtisadi, sosial sahələr tamamilə rəqəmsal platformaya keçid ediblər". Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, siyasi arenada nəzərdə tutulan bütün layihələrin strateji hissəsi məhz internet üzərindən həyata keçirilir: "Birmənalı şəkildə etiraf etməliyik ki, İKT sahəsində baş verən yeniliklər həm də dünya nizamına təsir edir, siyasi prosesləri bir növ idarə edir. Belə olan məqamda kiberhücümların olması təbiidir. Artıq bir çox nüfuzlu dövlətlər kiberhücumların qurbanına çevrilib. Ən böyük təhlükə isə siyasi və iqtisadi sahələrə yönəlik kiberhücumlardan qaynaqlanır. Yaxın Şərqdə baş verən siyasi prosesləri təhlil etsək görərik ki, ölkələrin xaosa sürüklənməsinin əsasını məhz kiberhücumlar təşkil edirdi. Bu gün Azərbaycan kibercinayətlə bağlı qanunvercilikdə müəyyən dəyişikliklər belə oldu. Hal-hazırda Rabitə Nazirliyi də bu istiqamətdə ciddi fəaliyyət göstərir. Hesab edirəm daha ciddi proqramlar qəbul edilməli, müdafiə sistemi daha innovativ qurulmalıdır". Sia.az