Uşağın xaricə səfərinə razılığın verilməməsi necə aradan qaldırıla bilər?

Artıq yay mövsümünə qədəm qoymaqdayıq. Bir qayda olaraq bu fəsil turizm sahəsində ən cəlbedici və səmərəli ay hesab edildiyindən çoxları istirahətlərini Azərbaycandan kənarda keçirməyə üstünıük verirlər. Kimi təklikdə, kimi isə öz ailəsi, uşaqları ilə yaxın və uzaq ölkələrə üz tutur, istirahətinin səmərəli keçirilməsinə çalışır. Ancaq bəzi hallarda səfər zamanı ciddi problemlər çıxır ki, bu da daha çox ailələrdə baş verir.

Asif Abdullayev: "Belə razılıq olmadığı halda, uşağın xaricə getməsi məsələsi məhkəmənin qərarı əsasında həll olunur"

Artıq yay mövsümünə qədəm qoymaqdayıq. Bir qayda olaraq bu fəsil turizm sahəsində ən cəlbedici və səmərəli ay hesab edildiyindən çoxları istirahətlərini Azərbaycandan kənarda keçirməyə üstünıük verirlər. Kimi təklikdə, kimi isə öz ailəsi, uşaqları ilə yaxın və uzaq ölkələrə üz tutur, istirahətinin səmərəli keçirilməsinə çalışır. Ancaq bəzi hallarda səfər zamanı ciddi problemlər çıxır ki, bu da daha çox ailələrdə baş verir. Belə ki, son anda valideynlərdən birinin iş qrafikinin səfərə uyğun olmaması, yaxud səhhətində yaranan problem Azərbaycandan çıxış zamanı ciddi əngəllər yaradır. Belə ki, yetginlik yaşına çatmayan uşaqların xaricə aparılması zamanı hər iki valideynin səfər proqramında iştirak etməməsi nəticə etibarilə Azərbaycandan kənarda istirahət etmək arzusunda olanların bu istəyinin gerçəkləşməsinə mane olur. Yaxud rəsmi şəkildə nigah yolu ilə ayrılmayan cütlüklərdən biri xaricə səfərə gedərkən uşağı qarşı tərəfin razılığı olmadan özüylə aparması mümkünsüz olur. Daha dəqiq desək tərəflərdən biri uşğın xaricə getməsinə notariat qaydada razılıq vermir. Yaxud hüquqi bilgisizlik səbəbindən çoxları belə bir razılıq ərizəsinin alınmasına maraq göstərmir Bu hal bir çox hallarda insanların məlumatsızlığından irəli gəlir ki, bu da sonradan qeyd edilən problemlərin meydana çıxmasına səbəb olur. Bəs görəsən bu kimi problemləri qısa vaxt ərzində həll etmək, yoluna qoymaq mümkündürmü? Ümumiyyətlə. valideynlərdən birinin razılığı olmadıqda, uşağın xarici ölkəyə aparılması barədə məhudiyyət necə aradan qaldırıla bilər? Sözügedən məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayevin sözlərinə görə, valideynlərdən biri uşağın digər valideynlə xaricə getməsinə notarial qaydada təsdiqlənmiş razılıq vermədikdə, bu məsələ məhkəmə qaydasında öz həllini tapa bilər. Asif Abdullayev da qeyd edib ki, qeyd edilən problem adətən boşanmış şəxslər arasında yaranır: "Ana uşağı xaricə aparmaq istəyir, ata isə buna razı olmur. Nəticədə isə uşaq ya səyahətindən qalır, ya idman yarışından və yaxud da, uşağın maraqlarına yönəlmiş digər tədbirlərdən qalır. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Belə razılıq olmadığı halda, uşağın xaricə getməsi məsələsi məhkəmənin qərarı əsasında həll olunur. Məhkəməyə müraciət edərək, məhkəmədən uşağın xaricə aparılmasına razılığın verilməsini tələb edən valideyn bilməlidir ki, uşağın xaricə aparılmasını zəruri edən hallar əsaslandırılmalıdır. Uşağın xaricdə hansısa idman yarışında iştirak etməsi, müalicəyə getməsi və sair səbəblər olduğu halda, məhkəmə valideynlərdən birinin razılığı olmadığı halda da, uşağın xaricə aparılmasına icazə verə bilər. Əksər insanları maraqlandıran suallardan biri də odur ki, uşağın xaricə aparılmasının səbəbi kimi, sadəcə istirahət məqsədi ola bilərmi?: "Bəli, hesab edirəm ki, qanunvericilik buna yol verir. Xarici ölkəyə səyahət edərkən, uşaq ən azından inkişaf edir, əylənir, yeni ölkələr barədə əyani məlumatlar alır. Bunlar uşağa müsbət təsir edən faktorlardır". Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, istər Ailə məcəlləsi, istər Uşaq Hüquqları haqqında qanun, istərsə də, Uşaq Hüquqları haqqında beynəlxalq konvensiya tələb edir ki, bütün addımlar uşağın mənafeyi naminə atılmalıdır, uşağın inkişafına yönəlməlidir: "Beynəlxalq konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İstər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən". Hüquqşünas onu da diqqətə çatdırıb ki, uşağın xaricə çıxarılması məsələsinin məhkəmə qaydasında həll edilməsinə peşəkar qaydada hüquqi köməklik göstərmək də mümkündür.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31