Cəmiyyətdə təfriqə yaratmağa yönəlik fikirlərə yol vermək olmaz

Müntəzəm olaraq cəmiyyətin tanınmış simaları, ictimai-siyasi xadimləri, hətta onların övladlarının bilərəkdən, yaxud bilməyərəkdən səsləndirdiyi müəyyən ifadələr, fikirlər ictimaiyyət arasında haqlı narazılığa səbəb olur, etirazlar doğurur. Təəssüfedici hal isə ondan ibarətdir ki, getdikcə bu mənfi tendensiya azalmaq əvəzinə, artır.

Hər bir azərbaycanlının harada yaşaması öz hüququdur

Müntəzəm olaraq cəmiyyətin tanınmış simaları, ictimai-siyasi xadimləri, hətta onların övladlarının bilərəkdən, yaxud bilməyərəkdən səsləndirdiyi müəyyən ifadələr, fikirlər ictimaiyyət arasında haqlı narazılığa səbəb olur, etirazlar doğurur. Təəssüfedici hal isə ondan ibarətdir ki, getdikcə bu mənfi tendensiya azalmaq əvəzinə, artır. Biri millətin kimliyinə şübhə ilə yanaşır, digəri onun atributlarına sayğı göstərmir, bir başqası isə əyalət bölgüsü aparmaqla cəmiyyətdə parçalanma, nifaq salmağa çalışır. Necə ki, millət vəkili Ziyad Səmədzadənin qızı Aygün Səmədzadə bu günlərdə səsləndirdiyi fikirlərlə ictimaiyyət arasında narazılıq yaradıb. Məlumat üçün qeyd edək ki, millət vəkilinin qızı facebook profilində yazdığı statusda rayon əhlini aşağılayaraq onların Bakıya gəlməsinə qarşı çıxıb və belə qənaətə gəlib ki. paytaxta mənfi ab-havanı, yerlibazlığı, hətta rüşvətxorluğu belə rayonlular gətirib. Aygün Səmədzadə iddia edib ki, yerlibaz söhbətləri isə həmişə Bakıya sonradan gələnlər salıb. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır. Hər bölgənin yalnız öz balaca Vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda". Daha sonra millət vəkilinin övladı qeyd edib ki, təhsil müəssisələrində rüşvət də məhz rayon adamları tərəfindən yaradıldıb. O, fikrini bununla əsaslandırıb: "Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa, motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir".

Millət vəkilinin qızının səsləndirdiyi bu fikirlərə cavablar da gecikməyib. Azərbaycanın Türkiyədəki sabiq səfiri, ictimai xadim Xeyrəddin Qoca Aygün Səmədzadənin iddialarına sərt reaksiya bildirib. O, bildirib ki, Aygün Səmədzadə! yerlipərəst və qohumbaz olmadığını bildirsə də, statusunda "sığortalanmağa" çalışsa da, lakin tam əksinə alınıb: "Kim Bakını sevmir, qayıtsın yurduna, orada da yaşasın..." demişsiniz... Vaxtilə bəzi "bakılılar" Ümümmilli lider Heydər Əliyevə də deyirdilər: "Bakıya gəlmə!" Və hər vəchlə onun Bakıya gəlməsinə mane olmaq istəyirdilər. Atanız Ziyad Səmədzadə vaxtilə uzun illər Heydər Əliyevlə birlikdə işləmişdi. Sonralar millət vəkili olan atanız Milli Məclisdə Heydər Əliyevə danışmaq üçün "reqlament" qoyurdu, "vaxt verirdi". Heydər Əliyev də ona əsəbləşərək deyirdi: "Ziyad Səmədzadə, sən konyukturaya xidmət edən adamsan!" Qəribədir, indi də televiziyalarda Milli Məclisdəki həmin "səhnələr" dönə-dönə göstərilsə də, atanız yenə "deputat" "işləyir". O zaman Heydər Əliyev mətbuata

verdiyi müsahibələrində deyirdi ki, "Bakı təkcə bakılılar üçün deyil, bütün Azərbaycan vətəndaşlarının paytaxtıdır". Xeyrəddin Qoca bildirib ki, kimsə Bakını bəyənməyə bilər və məcburiyyət qarşısında ömrünü burada çürüdə bilər: "Amma bu sizə haqq vermir insanlara harada yaşamaları üçün "yol göstərəsiniz". Unutmayın ki, Azərbaycanı və Bakını çox illər rayondan Bakıya gələn insanlar idarə ediblər və edirlər. Bir də təhsil müəssisələrində rüşvəti rayon adamlarının yaratdıqlarını deməklə böyük səhvə yol verirsiniz. Dediyiniz "Bakılılar günü" nə məna verir? Həmin gün necə təsis edilib? İndi nə edək, hər rayonun şərəfinə xüsusi gün təsis edək? Birdəfəlik bilin, bakılılar Azərbaycan əhalisinin bir hissəsidir və onların xüsisi bir fərqi yoxdur. "Korennoy bakılıyam" sözləri ilə üstünlük qazanmağa çalışmağı da tərgitmək lazımdır".

Nəzakət Məmmədova isə bakılı rayonlu söhbətinin baş qaldırmasından narahatçılıq ifadə edib. Bildirib ki, bu dövlətin qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanı birləşdirdi, parçalanmaqdan qorudu: "İndi onun yaratdığı dövlətdə vəzifə tutan bəzi adamlar və onların ətrafı niyə Ulu Öndərin siyasətinə əks fikirlər irəli sürürlər? Unutmayaq, Azərbaycan bir gül dəstəsidir, hər bir bölgəsi də o gülün biridir. İndi bu söhbətləri ortaya atanların məqsədi nədir, görəsən? "Korennoy bakılıyam" deyənlər özlərini vaxtilə burada yaşayan və indi də belə adlandıran erməni, rus, yəhudilərlə daha yaxın bilir, nəinki öz millətindən olan rayondan gələnlərlə. Halbuki 1918-də Bakıda qırğını elə o ermənilər, ruslar etmişdi, rayonlular yox. Bu, dəhşətdir Və Bakı heç kəsin atasının mülkiyyəti deyil, Azərbaycanın paytaxtıdır. Necə ki, ilk paytaxt ADR dövründə Gəncə olub. Hər bir azərbaycanlının harada yaşamaq öz hüququdur. Bunu qısqanclıqla qarşılamağa, minnət qoymağa heç kəsin ixtiyarı yoxdur. Əgər sənin dəyərlərin belə güclüdürsə, niyə rayondan gələnlərdən qorxursan? Əgər sənin mədəniyyətin gəlmə adamlardan güclüdürsə, sən onları assimilyasiya edəcəksən, yox zəifsənsə əksinə olacaq. Bu, qanundur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31