Deputat: “İstərdik ki, həmsədrlərin səfərlərinin bir nəticəsi olsun” 

“ATƏT-in həmsədrlərinin regiona səfərini ən azından münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan növbəti addım hesab etmək olar. Yəni, ortaq ümumi bir razılaşma əldə olunmalıdır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın”. Bunu  millət vəkili Azər Badamov deyib.

"ATƏT-in həmsədrlərinin regiona səfərini ən azından münaqişənin sülh yolu ilə həll olunması istiqamətində atılan növbəti addım hesab etmək olar. Yəni, ortaq ümumi bir razılaşma əldə olunmalıdır ki, münaqişə sülh yolu ilə öz həllini tapsın". Bunu  millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, burada bir məsələ var ki, həmsədrlər təmas xəttində itkilərin artmasından narahat olduqlarını və uzunmüddətli sülhün imzalanmasının vacibliyindən danışırlar: "Onda belə bir sual meydana çıxır, münaqişənin həlli yenə illərlə uzanmalıdır? Biz isə belə danışıqlara razı deyilik. Çünki, işğal olunan bizim torpağımızdır və Ermənistan isə vəziyyətin belə qalmasını istəyir. Danışıqlar öz nəticəsini verməsə Azərbaycan ordusu hərb yolu ilə torpaqlarımızı azad etməyə qadirdir. Bu, həm də beynəlxalq normalara uyğun gəlir. Danışıqlar masası üzərində kifayət qədər məsələlər var ki, tərəflərlə razılaşdırılıb müəyyən addımlar atmaq mümkündür. Əgər həmsədrlər sülh yolu ilə münaqişənin həllini istəyirlərsə, mütləq status kvonun dəyişdirilməsi istiqamətində hərəkətə keçməlidir. Belə olsa, biz də görərik ki, münaqişənin həlli istiqamətində nə isə bir razılq əldə olundu. Biz çox istərdik ki, həmsədrlərin regiona səfərlərinin bir nəticəsi olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31