Politoloq: “Azərbaycana turist axınının bir çox səbəbi var”

“Azərbaycana turist axınının bir çox səbəbi var. Əvvəla turizm sahəsində aparılan düzgün siyasətdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və sərəncamları aidiyyatı qurumlar tərəfindən düzgün formada icra olunur.

"Azərbaycana turist axınının bir çox səbəbi var. Əvvəla turizm sahəsində aparılan düzgün siyasətdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və sərəncamları aidiyyatı qurumlar tərəfindən düzgün formada icra olunur. Mədəniyyət və Turizm Nazirliyinin başda rəhbərlik olmaqla bütün əməkdaşlarının öz işlərinə məsuliyyətlər yanaşmaları və cənab Prezidentin tapşırıqlarına yüksək səviyyədə əməl olunması bu gün Turizm sahəsində olan problemlərin demək olar ki, yox səviyyəsinə gəlib çıxıb və turistlərin ölkəmizə daha da çox gəlməsi üçün bütün imkanlarını səfərbər ediblər. Paytaxtda və regionlarda yaradılan şərait, infrastruktur sahələri olan hotellər və restoranlar da ölkəmizə turistlərin böyük diqqət yetirməsindən xəbər verir. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarının, beynəlxalq tədbirlərin, mədəniyyətlərarası dialoqların və s. konfrans və tədbirlərin böyük əhəmiyyəti var.

Digər tərəfdən ölkədə ictimai asayişin yüksək səviyyədə qorunması, aidiyyatı qurumların yüksək peşəkarlıqla öz işlərinə yanaşması turistlərin ölkəmizdə rahat şəkildə və təhlükə görmədən istirahətinə gətirib çıxarır ki, bu da hesab edirəm ki, hər bir turistin ürəyincə olan bir məsələdir. Bununla belə digər əsas səbəblərdən biri də son iki ildə cənab Prezidentin sərəncamı ilə "Asan Viza"nın tətbiq olunmasıdır ki, bu da turistlərin ölkəmizə gəlməsini asanlaşdıran məqamlardadır.

Hesab edirəm ki, Azərbaycan brendi olan "Asan Xidmət"in gələcəkdə yüksək peşəkarlığının nəticəsi "Asan Viza" ilə ölkəmizə gələn turistlərin sayı daha da artacaq və turistlər heç bir əngəl görmədən ölkəmizə gələ biləcəklər. Düşünürəm ki, xarici vətəndaşların ölkəmizə gəlməsi və ölkəmizdə qaldığı müddətdə bəzi aidiyyatı qurumlarda çalışan bəzi məmurların yaratdığı kiçik əngəllərin aradan qalxması üçün də bir çox sahələr cənab Prezidentin sərəncamı ilə "Asan Xidmət" mərkəzlərinin, Mədəniyyət və Turizm Nazirliyinin nəzarətinə verilsə bu problemlər aradan qalxar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31