Tikiş fabrikində partlayış

Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən tikiş fabrikində partlayış baş verib. Fabrikdəki qazanın partlaması ilə 10 nəfər həlak olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, hadisə zamanı onlarla insan yaralanıb.

Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən tikiş fabrikində partlayış baş verib. Fabrikdəki qazanın partlaması ilə 10 nəfər həlak olub. "Olaylar" "Miliyyet" - ə istinadən bildiri ki, hadisə zamanı onlarla insan yaralanıb.

Fabrikin  İsveç, Danimarka, Almaniya, Rusiya, İspaniya və İngiltərə də daxil olmaqla bir çox Avropa ölkələri ilə əməkdaşlıq etdiyi bildirilir. Fabrikin səlahiyyətli nümayəndəsi olan Mahiuddin Faruquini yerli mətbuata açıqlamasında ""Bu bir qəza idi. Hər şey yolunda" - deyib.

Qeyd edək ki, 2012-ci ildə  bir tikiş fabrikində çıxan yanğın nəticəsində 112 işçi həlak olmuşdu. 2013-ci ildə Rana Plaza adlı fabrikin çökməsi ilə  böyük bir faciə yaşanmış, 1.100- dən çox insan həlak olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31