Şok kadrlar: kənddə əlil qadını vəhşicəsinə döyüb öldürdülər - VİDEO

42 yaşlı Otera Bibi qonşu Mitipur-Panaqah kəndə yollanmışdı. Hava həddən ziyadə isti olduğundan əlil qadın evlərdən birinin həyətinə girərək su istəyib. Bu zaman o həyətdə oynayan 10 yaşlı qızla danışmağa başlayıb. Qızın anası bunu görəndə qışqırıb, "Bu qadın uşağımı oğurlamaq istəyir! Uşaq oğrusu bu qadındır" deyib.

Hər şey də bundan sonra başlanıb. Olay Hindistanın Qərbi Benqal bölgəsində yaşanıb. Mitipur-Panaqah kəndində ötən həftə 7 yaşlı oğlan yoxa çıxıb. Kəndilər də uşaq oğrusunun Otera olduğunu sanıblar. "Uşağımı oğurlayır!" qışqırtısını eşidən kəndlilər sağ ayağı şikəst olan Otera Bibi tutub döyməyə başlayıblar. Sonra onu traktora bağlayıb kənd küçələri ilə sürüyüblər. Hadisə yerinə gəlmiş polis zavallı qadını kəndlilərin əlindən güclə alıb. Otera Bibi Cəngipur şəhərindəki hospitala aparılıb. O, aldığı travmalardan reanimasiya bölməsində keçinib. Oteranın ərinin dediyinə görə, arvadı əqli cəhətdən qüsurlu olub: "O, tez-tez evdən gedirdi, bir-iki gün qayıtmırdı. Bu dəfə də qayıdacağını düşünüb fikir vermədik". Milli.az AsiaOne-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31