Teatr sauna ilə əvəz olunacaq

Adilə Naşit, Gönül Ülkü, Qazanfer Özcan və digərlərinin çıxış etdiyi İstanbul Şişli Teatrının fəaliyyəti dayandırılıb. 45 illik fəaliyyəti olan teatrı 10 ildən artıqdır ki, Ali Poyrazoğlu idarə edir. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, satıldığı deyilən teatrın yeni sahibi məkanı anbar və ya sauna mərkəzi kimi işlədəcəyini bildirib. Buna etiraz edən Ali Poyrazoğlu “ Teatr bizim evimizdi. İndi biz evsiz qaldıq... Məkanın yeni sahibi kimi tanıdığımız Ali Altınman mart ayından bizə təzyiqlərə edərək teatrdan çıxmamızı tələb edirdi. May ayından teatr boşadılıb. ”... deyə, bildirib.

Adilə Naşit, Gönül Ülkü, Qazanfer Özcan və digərlərinin çıxış etdiyi İstanbul Şişli Teatrının fəaliyyəti dayandırılıb. 45 illik fəaliyyəti olan teatrı 10 ildən artıqdır ki, Ali Poyrazoğlu idarə edir. "Olaylar" "Cumhuriyyet" - ə istinadən bildirir ki, satıldığı deyilən teatrın yeni sahibi məkanı anbar və ya sauna mərkəzi kimi işlədəcəyini bildirib. Buna etiraz edən Ali Poyrazoğlu " Teatr bizim evimizdi. İndi biz evsiz qaldıq... Məkanın yeni sahibi kimi tanıdığımız Ali Altınman mart ayından bizə təzyiqlərə edərək teatrdan çıxmamızı tələb edirdi. May ayından teatr boşadılıb. "... deyə, bildirib.

Teatra məxsus əşyaların bir qismini gənc teatr qruplarına dəstək məqsədi ilə verdiklərini deyən Ali bəy sona qədər mübarizə aparacaqlarını bildirib.

Qeyd edək ki, teatr 1972 - ci ildən "Şişli Teatrı" adı ilə  Pekcan Qaçar və Suna Keskinlə fəaliyyətə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31