İnşaat Universitetinin tələbəsi döyülərək qətlə yetirilib
İyulun 3-də gecə saatlarında Memarlıq və İnşaat Universitetinin tələbəsi Mehtiyev Samir Azi oğlu naməlum şəxslər tərəfindən döyülərək qətlə yetirilib. “OLAYLAR” -ın xəbərinə görə, Nəsimi rayonu ərazisində ağır vəziyyətdə tapılan Samiri təcili "Semaşka" xəstəxanasına çatdırsalar da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
4 İyul 2017 11:32 Sosialİyulun 3-də gecə saatlarında Memarlıq və İnşaat Universitetinin tələbəsi Mehtiyev Samir Azi oğlu naməlum şəxslər tərəfindən döyülərək qətlə yetirilib. "OLAYLAR" -ın xəbərinə görə, Nəsimi rayonu ərazisində ağır vəziyyətdə tapılan Samiri təcili "Semaşka" xəstəxanasına çatdırsalar da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə baş verən ərəfədə yayılan məlumatlarda Samir Mehtiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğu bildirilirdi. Adı çəkilən təhsil ocağının mətbuat xidmətinin yaydığı məlumatda isə qətlə yetirilən tələbənin adıçəkilən təhsil ocağı deyil, Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğu bildirilir. Mərhum universitetin əlaçı tələbələrindən olub.