Emosiyalar stressə davamlılığı artırır...

Biz çox vaxt dostlarımızdan, həkimlərdən və hətta ekspertlərdən eşidirik ki, mənfi emosiyaları içində saxlamaq olmaz, orqanizm boşalmalıdır və hər şeyi içindən bayıra atmaq lazımdır. Bərkdən söymək, qışqırmaq, kiminləsə vuruşmaq, o zaman mütləq içimiz rahatlaşacaq və biz stress keçirməyəcəyik.

Lakin Bristol Universiteti yanında eksperimental psixologiya məktəbinin alimləri tamamilə başqa fikirdədirlər. Onların fikrincə, belə emosiyalar yalnız stressə davamlılığı artırır. Alimlərin fikrincə, biz ədəbsiz söyüş söydükdə beynimizin bütünlüklə emosiyalarla əlaqədar olan zonası işləyir.

Belə bir eksperiment aparılıb: Bir neçə adamı yığıb onlara üç siyahıdakı sözləri oxumaq tapşırılıb. Birinci siyahı başdan-ayağa ədəbsiz söyüşdən, ikincisi nisbətən yol verilə biləcək söyüşlərdən ibarət olub. Üçüncü siyahıda isə xoşagəlməz sözlər olmayıbr. Alimlər beynin elektrik aktivliyini ölçüblər.

Eksperimentin nəticələri göstərib ki, beynin ən güclü reaksiyası ən ağır söyüşlərin oxunduğu vaxt olur, belə ki, bu adamlar üçün belə söyüşləri ifadə etmək artıq bir növ stress yaratmış olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31