Azərbaycanlı alimlər beynəlxalq konfransda
Avstriyanın paytaxtı Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) “Elm və Texnologiya-2017” adlı konfransı keçirilib. AMEA - dan "Olaylar" - a bildirilib ki, tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri, akademik Fəxrəddin Qədirov və Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov iştirak ediblər.
4 İyul 2017 09:50 SosialAvstriyanın paytaxtı Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə Təşkilatının (CTBTO) "Elm və Texnologiya-2017" adlı konfransı keçirilib. AMEA - dan "Olaylar" - a bildirilib ki, tədbirdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri, akademik Fəxrəddin Qədirov və Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov iştirak ediblər.
İllik hesabata və elmi nəticələrə həsr olunan konfransda akademik F.Qədirov "Azərbaycanın qravitasiya stansiyasında aparılmış qravitasiya sahəsi ölçülərinin əsasında Yerin qabarma variyasiyalarının ilkin analizi", R.Səfərov isə "Azərbaycan ərazisində GPS ölçülərindən əldə edilmiş yer qabığı deformasiyaları" adlı elmi məruzə ilə çıxış ediblər.