Fransada miqrantlara qarşı terror aktı planlaşdıran şəxs saxlanılıb
Miqrantlara qarşı terror aktı törətməyi planlaşdıran və sosial şəbəkələrdə norveçli terrorçu Anders Breyviki tərfiləyən şəxs Fransanın Tarakson şəhərində Buş-dyu-Ron departamentində saxlanılıb.
3 İyul 2017 17:27 DünyaMiqrantlara qarşı terror aktı törətməyi planlaşdıran və sosial şəbəkələrdə norveçli terrorçu Anders Breyviki tərfiləyən şəxs Fransanın Tarakson şəhərində Buş-dyu-Ron departamentində saxlanılıb. Onu keçən həftə saxlayıblar, iyulun 1-də isə terrora bəraət qazandırmaq və terror aktına hazırlaşmaq maddələri ilə ittiham irəli sürüblər.
İyirmi bir yaşlı gənc hüquq-mühafizə orqanlarına təhlükəsizliyə potensial təhlükə yaradan şəxs kimi tanış olub. O, əvvəllər cinayət məsuliyyətinə cəlb edilib. "Report" "Fransa Info" portalına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31