Avropa Parlamentindən süni intellekt şirkətləri ilə bağlı qanun çağırışı-ÖZƏL

Avropa Parlamentinin (AP) bir neçə üzvü süni intellekt şirkətlərinin məsuliyyətinə dair qanun layihəsi üzrə müzakirələrin yenidən başlanmasına çağırıb.
Olaylar.az xəbər verir ki, bu çağırış OpenAI şirkətinin baş direktoru Sem Altmanın məsuliyyət məsələsi ilə bağlı təklifindən sonra səsləndirilib.
Avropa Parlamentinin üzvü Aksel Voss süni intellektdən istifadənin tənzimləndiyini, lakin modelin qüsurlu, qərəzli və ya zərərli olması halında kimin məsuliyyət daşıyacağına dair dəqiq qaydaların olmadığını bildirib.
Onun sözlərinə görə, süni intellekt şirkətləri məsuliyyəti qəbul edirsə, qanunvericilər də bu istiqamətdə daha konkret addımlar atmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31