“İRƏLİ”dən İslam Həmrəylik Oyunlarına həsr olunmuş layihə
"İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub.
3 İyul 2017 17:36 Sosial"İRƏLİ" İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub. "OLAYLAR" -a İctimai Birlikdən daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçirilməkdə davam edir, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alırlar. Layihənin 2-ci günü gənclər Yoqo idmanında iştirak ediblər. Daha sonra gün ərzində müxtəlif aktivitilər həyata keçirilib. Layihənin 3-cü günü gənclərlə İslam həmrəyliyi mövzusunda Simulyasiya oyunu keçirilib. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə, Azərsun Holdinq, Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi ilə GİN tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda, 30 iyun tarixindən etibarən keçirilir.