Türkiyə aviadaşıyıcı kreyser tikəcək

Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək. Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kınalıada" sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib. "2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil", -  Türkiyə prezidenti vurğulayıb.

"Kınalıada" hərbi gəminin tikintisinə "MİLGEM" layihəsi çərçivəsində başlanılıb. "MİLGEM" proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən "Xeybeliada" gəmisi ilə başlanılıb. "Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var", - R.T.Ərdoğan bildirib.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31