Qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Oğuluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 1-də saat 7 radələrində Binəqədi rayonu S.S Axundov küçəsində naməlum şəxs Beyləqan rayon sakini Şam Rejepova zor tətbiq edərək cibində olanları verməsini tələb edib, səs-küy yarandığından metronun “Azadlıq” stansiyası istiqamətində qaçmağa başlayıb.

Oğuluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iyunun 1-də saat 7 radələrində Binəqədi rayonu S.S Axundov küçəsində naməlum şəxs Beyləqan rayon sakini Şam Rejepova zor tətbiq edərək cibində olanları verməsini tələb edib, səs-küy yarandığından metronun "Azadlıq" stansiyası istiqamətində qaçmağa başlayıb. Həmin şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Rəhim Səfərov olması müəyyən edilib. R.Səfərov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə təhvil verilib. Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşları tərəfindən iyunun 17-də rayon ərazisindəki kafelərdən birindən Bakı şəhər sakini olan bir qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Əfqan Babayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31