"Beş dövrün beş paytaxtı" adlı infotur keçirilir

Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iyulun 2-də nazirliyin dəstəyi və "A la Carte Travel" turizm şirkətinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri üçün "Beş dövrün beş paytaxtı” adlı marşrut üzrə infotura start verilib.

Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, regionlara turist axınının gücləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni marşrutların yaradılması diqqət mərkəzində saxlanılır, bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iyulun 2-də nazirliyin dəstəyi və "A la Carte Travel" turizm şirkətinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın turizm şirkətinin nümayəndələri üçün "Beş dövrün beş paytaxtı" adlı marşrut üzrə infotura start verilib.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov infotur haqqında məlumat verib. Bildirib ki, infotur tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş şəhərləri əhatə edir. Marşruta Bakı, Gəncə, Bərdə, Qəbələ və Şamaxı şəhərləri daxildir. Bu şəhərlər bir-birindən fərqli istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri "Beş dövrün beş paytaxtı" turizm marşrutuna daxil olan şəhərlərdən hər birinə və ya bir neçəsinə ayrı-ayrılıqda da tur təşkil edə bilərlər. İnfotur zamanı bu istiqamətdə yerləşən bir neçə tarixi məkanla tanışlıq oldu. Hacıqabul rayonu ərazisində yerləşən Pir Hüseyn xanəgahı haqqında tur iştirakçılarına geniş məlumat verilib.

"Beş dövrün beş paytaxtı" adlı marşrut üzrə infotur iyulun 4-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31