Deputatlarımız ATƏT PA-nın illik sessiyasına qatılacaqlar
Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, “ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi” mövzusuna həsr olunan sessiyada Daimi komitənin iclası keçiriləcək, sonra isə Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi olacaq.
3 İyul 2017 16:23 SiyasətMilli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında iştirak etmək üçün iyulun 4-dən 10-dək Belarusun paytaxtı Minskdə səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, "ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi" mövzusuna həsr olunan sessiyada Daimi komitənin iclası keçiriləcək, sonra isə Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə sessiyanın təntənəli açılış mərasimi olacaq. Sessiya iştirakçıları plenar iclaslarda günün aktual məsələlərini müzakirə edəcək, ATƏT regionunda sülh və inkişaf naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparacaqlar. Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Təhlükəsizlik və siyasi məsələlər üzrə Ümumi komitələrin iclaslarında bir sıra qətnamə layihələrinə münasibət bildiriləcək. Azərbaycan parlamentinin nümayəndəsi Tahir Mirkişili sessiyada "Multikulturalizm - qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu" mövzusunda hazırladığı qətnamə layihəsini təqdim edəcək. Səfər iyulun 10-da başa çatacaq.