Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın öz valyuta ehtiyatları 3 aylıq minimal tələbi ödəməyə kifayət edir. İlk 5 ayın yekunu üzrə Mərkəzi Bankı valyuta ehtiyatlarının həcmi 4825,4 milyon ABŞ dollarına çatıb.Azərbaycan Respublikası Dövlət Neft Fondunun verdiyi məlumatlara görə, 2017- ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33207,2 milyon ABŞ dollarına bərabər olub. Artımı şərtləndirən əsas səbəb ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) nəticəsində mümkün olub.

Mərkəzi Bankın öz valyuta ehtiyatları 3 aylıq minimal tələbi ödəməyə kifayət edir. İlk 5 ayın yekunu üzrə Mərkəzi Bankı valyuta ehtiyatlarının həcmi 4825,4 milyon ABŞ dollarına çatıb.Azərbaycan Respublikası Dövlət Neft Fondunun verdiyi məlumatlara görə, 2017- ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33207,2 milyon ABŞ dollarına bərabər olub. Artımı şərtləndirən əsas səbəb ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) nəticəsində mümkün olub. Azərbaycan Mərkəzi Bankının verdiyi məlumatlarda cari ilin ilk rübündə valyuta ehtiyatlarının həcmi 4432,7 milyon ABŞ dollarına yüksəlib . Bu rəqəm ötən ilin yekunu ilə (3974,4 milyon ABŞ dolları) müqayisədə 11,5% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31