“Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşdi

“Azərsun Holdinq” və “Bazarstore” tərəfindən həyata keçrilən “Yaya hazırsan?” kampaniyasının qalibləri müəyyənləşib. 21 gün ərzində davam edən kampaniyanın iştirakçıları üçün “Azersun Arena”da son illərin ən sevilən ifaçılarından olan Miri Yusif və Respublikanın əməkdar artisti Röya Ayxanın iştirakı ilə möhtəşəm konsert təşkil edilib. Tədbir zamanı keçirilən lotereya ilə 10 ədəd soyuducu, 10 ədəd kondisioner, 10 ədəd Antalyaya səyahət paketi 1 ədəd Nissan Kicks avtomobili öz sahibini tapıb.

"Azərsun Holdinq" və "Bazarstore" tərəfindən həyata keçrilən "Yaya hazırsan?" kampaniyasının qalibləri müəyyənləşib. 21 gün ərzində davam edən kampaniyanın iştirakçıları üçün "Azersun Arena"da son illərin ən sevilən ifaçılarından olan Miri Yusif və Respublikanın əməkdar artisti Röya Ayxanın iştirakı ilə möhtəşəm konsert təşkil edilib. Tədbir zamanı keçirilən lotereya ilə 10 ədəd soyuducu, 10 ədəd kondisioner, 10 ədəd Antalyaya səyahət paketi 1 ədəd Nissan Kicks avtomobili öz sahibini tapıb. Böyük maraqla qarşılanan konsertə minlərlə insanın qatılıb. Stadionun tribunalaranı tam dolduran Miri Yusif və Röya sevərlər konsertdən əsl zövq alıblar. Əsl bayram ab-havasının hökm sürdüyü konsert proqramında həmçinin son dövrlərin ən sevilən ifaçılarından olan və öz fərqli üslubu ilə yeni hitlər yaradan JİN ləqəbi ilə tanınan Ceyhun Zeynalov da çıxış edib. Qeyd edək ki, "Yaya hazırsan?" kampaniyası çərçivəsində "Bazarstore" super marketlər şəbəkəsindən 25, 45 və ya 60 manat dəyərində "AZƏRSUN" istehsalı olan məhsullardan alanlara, anında yay mövsümü üçün nəzərdə tutulmuş hədiyyə, Miri Yusif və Röyanın iştirak etdiyi konsertə bilet və lotereya kuponu təqdim edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31