"Güclü Gürcüstan" hökuməti Rusiya sərhədində nəzarəti gücləndirməyə çağırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" partiyasının xarici əlaqələr katibi Qriqol Geqeliya Rusiyada ağciyər taununun yayılması xəbərləri fonunda Gürcüstan hakimiyyətini fəaliyyətsizlikdə ittiham edib. O bildirib ki, qonşu ölkələr sərhədlərdə sanitariya-karantin nəzarətini artıq gücləndirsələr də, "Gürcü arzusu" hökuməti heç bir tədbir görmür. 

Geqeliya səhiyyə naziri Mixeil Sardjveladzeni təcili olaraq əhalini məlumatlandırmağa və əhalinin sağlamlığının qorunması üçün profilaktik addımlar atmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31