Lənkəranın 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb.
3 İyul 2017 16:26 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb. Sərəncama uyğun olaraq hazırda 40-dan çox kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir. Lənkəran rayonunda həyata keçirilən layihə 7 kəndi əhatə edir. Layihə çərçivəsində rayonun Səpnəkəran, Yuxarı Nüvədi, Lüvəsər, Kosalar, Bala Şürük, Tütəpeştə, Gərmətük kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub. 7 kəndi su ilə təmin etmək üçün 36 km uzunluğunda magistral kəmərlərin tikintisinə başlanıb, artıq kəmərlərin 15 km-lik hissəsində işlər yekunlaşıb. Magistral kəmərlərin tikintisi başa çatdıqdan sonra kəndlərdə bulaqlar quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqustunda tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Lənkəran rayonunun 7 kəndinin 12 mindən artıq sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Bu layihənin davamı olaraq növbəti mərhələdə daha 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Xanbulançay sutəmizləyici qurğusu Lənkəran, Astara şəhərləri və bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.