Məşhur müğənni: "Keçmiş ərim həyasızlıq, dilənçilik edir"

The Spice Girls qrupunun sabiq solisti, britaniyalı müğənni Melani Braunun artıq sabiq əriStiven Belafonte ilə məhkəmə çəkişməsi davam edir. Milli.Az NBC-yə istinadən bildirir ki, kinoprodüser S.Belafonte 42 yaşlı "Mel Bi"dən alimentlər tələb edir. M.Braun isə bu alimentləri ödəmək istəmir.

The Spice Girls qrupunun sabiq solisti, britaniyalı müğənni Melani Braunun artıq sabiq əriStiven Belafonte ilə məhkəmə çəkişməsi davam edir. Kinoprodüser S.Belafonte 42 yaşlı "Mel Bi"dən alimentlər tələb edir. M.Braun isə bu alimentləri ödəmək istəmir.

"Əgər o, elementar ehtiyaclarını ödəmək gücündə deyilsə, özünə yeni iş tapsın", - müğənni deyib.

S.Belafonte ərzaq üçün ayda 4300 dollar, ev kirayəsini ödəmək üçün 11 min dollar, mobil telefon danışıqlarına görə 750 dollar, geyim xərclərinə 2 min dollar tələb edir.

"Stifen evdən gedəndə bütün paltarlarını özü ilə aparıb. Onun yeni geyimlərə nə ehtiyacı? Ayda 750 dollar telefon danışıqları xərci də absurddur. Bu məbləğə yeni telefon almaq olar. Üstəlik, Stiven dostlarının evində qalır və bu səbəbdən də kirayə pulu ödəmir. Keçmiş ərim həyasızldıq, dilənçilik edir", - M.Braun söyləyib.

S.Belafonte isə sabiq xanımının aylıq gəlirlərinin 220-250 min dollar olduğunu deyir.

Bu arada Melani Braun özünü müflis elan edib

Melani Braun və Stiven Belafonte 2007-ci ilin iyun ayında evləniblər. 2011-ci ilin sentyabr ayında onların Medison adlı qızları doğulub.

Ötən ilin dekabrında isə M.Braun ərini ailə zorakılığında, seksual istismarda və xəyanətdə suçlayaraq boşanıb.

M.Braunun rəssam Cimmi Gülzarla nikahdan 18 yaşlı Feniks adlı qızı, aktyor Eddi Merfi ilə qeyri-rəsmi nikahdan isə Eyncer Ayris adlı 10 yaşlı qızı var.

Melani Braunun dediyinə görə, maliyyə durumu səbatlı deyil və 38 milyon funt-sterlinq həcmindəki varidatınının əksəriyyətini itirib. Milli.az NBC-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31