Azərbaycanlı aktyor “Dostluq çələngi” adlı Beynəlxalq festivalda
Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının əməkdar artist Şövqi Hüseynov Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Teatrdan “Olaylar” –a bildirilib ki, dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda Azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın açılış günündə Şövqü Hüseynov Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edib.
3 İyul 2017 14:44 MədəniyyətGənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının əməkdar artist Şövqi Hüseynov Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən "Dostluq çələngi" adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Teatrdan "Olaylar" -a bildirilib ki, dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda Azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın açılış günündə Şövqü Hüseynov Patrik Züskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edib.
Müxtəlif xalqların iştirak etdiyi festivalı dövlət xadimləri, Azərbaycanın Belarus Respublikasındakı səfiri və səfirlik əməkdaşları, Azərbaycan diaporasının üzvləri də izləyiblər. Azərbaycanın festivalda iştirakı Bobruysk şəhər icraiyyə komitəsi tərəfindən xüsusi qiymətləndirilərək, şəhərin müxtəlif internet portallarında şəhər rəhbərliyinin Azərbaycan tamaşası ilə bağlı yerləşdirdiyi xəbərlər dərc edilib. Bobruysk Şəhər İcraiyyə Komitəsinin BOBR.BY saytında "Kontrabas" monotamaşası "Dostluq çələngi"nin proqramını açdı" başlıqlı yazıda şəhərin 630 illiyinə həsr edilən festivalda Azərbaycanın iştirakı haqqında geniş məlumat verilib. Məqalədə aktyorunuğurlu çıxış yüksək qiymətləndirilib.