Bakı küçələrini dolaşan ölüm kabusu
Bu günlərdə Rusiya Federasiyasının Tatarıstan Respublikasında sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşınının toqquşması və qəza zamanı çoxsaylı insan tələfatının baş verməsi vacib bir məqama diqqət yetirilməsi zəruriliyini ortaya qoyub. Bu da şəhər mərkəzində, əhalinin sıx məskunlaşdığı ərazilərdə yanacaq daşıyan yük maşınlarının hərəkəti və onların hər an törədə biləcəyi təhlükədir. Nəzərə alsaq ki. paytaxt küçələrində də hər addımda bu cür yanacaq daşıyan yük maşınlarına rast gəlirik, o zaman belə qənaətə gəlmək olar ki, Tatarıstanda baş verən məlum qəzadan biz də sığortalanmamışıq və belə bir təhlükə kabusu bizim də başımızın üstündə gəzir. Digər tərəfdən paytaxtda çoxlu sayda yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsi də hər hansı qəza hadisəsi baş verəcəyi təqdirdə onun miqyasının daha geniş bir çevrəni əhatə edə biləcəyi narahatçılığını yaradır.
3 İyul 2017 14:30 SosialPaytaxtda hərəkət edən yanacaq daşıyan yük maşınları ciddi təhlükə mənbəyidir
Bu günlərdə Rusiya Federasiyasının Tatarıstan Respublikasında sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşınının toqquşması və qəza zamanı çoxsaylı insan tələfatının baş verməsi vacib bir məqama diqqət yetirilməsi zəruriliyini ortaya qoyub. Bu da şəhər mərkəzində, əhalinin sıx məskunlaşdığı ərazilərdə yanacaq daşıyan yük maşınlarının hərəkəti və onların hər an törədə biləcəyi təhlükədir. Nəzərə alsaq ki. paytaxt küçələrində də hər addımda bu cür yanacaq daşıyan yük maşınlarına rast gəlirik, o zaman belə qənaətə gəlmək olar ki, Tatarıstanda baş verən məlum qəzadan biz də sığortalanmamışıq və belə bir təhlükə kabusu bizim də başımızın üstündə gəzir. Digər tərəfdən paytaxtda çoxlu sayda yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsi də hər hansı qəza hadisəsi baş verəcəyi təqdirdə onun miqyasının daha geniş bir çevrəni əhatə edə biləcəyi narahatçılığını yaradır.
Sözügedən təhlükəyə diqqət çəkən Üzeyir Cəfərov da qeyd edib ki, hər gün Bakının və Azərbaycanın yollarında həmən o yanacaq daşıyan maşınlarla yanbayan hərəkətdə oluruq. O, bildirib ki, bir çox hallarda, tıxaclarda qalanda, kiminsə bəxtinə uzunluğu 12-15 metr olan və bir çox hallarda yanacaq-sürtkü materialları - benzin, qaz və ya dizel yanacağı, hətta bəzi hallarda zəhərli, təhlükəli maddələrlə dolu olan maşınlarla asta-asta və ya sürətlə hərəkətdə yanaşı gedirik: "İndi siz bir anlığa təsəvvür edin ki, hansısa "papasının gül balası" olan birisi, sürətlə gəlib o maşınlardan birinə çırpılır və nə baş verəcəyini, məncə təsəvvür etmək çətin deyil. Bildiyim qədər, keçmiş SSRİ zamanında bu tip avtomobillərin şəhər və ya qəsəbələrdə, magistral və ya adi yollarda təhlükəsiz hərəkət etmələri üçün bəlli bir zaman və vaxt göstərilirdi ki, onlar bu qaydaya çox ciddi əməl edirdilər. İndi Azərbaycan müstəqil dövlətdir deyə, biz nədən öz həyatımıza bu qədər səhlənkar və biganə yanaşırıq? Axı hadisə baş verəndə bir dəfə olur və nəticəsi də çox faciə ilə qurtaranda heç bir adminstrativ və ya inzibati yollarla onu aradan qaldırmaq mümkün olmur. Hesab edirəm ki, dövlət və hökumət rəsmiləri bu haqda çox ciddi şəkildə düşünməlidirlər". Üzeyir Cəfərovun sözlərinə görə, bu gün Rusiyada, yaxud hansısa başqa bir məkanda baş verən faciənin sabah Bakı kimi milyonluq və çox yüklənmiş bir şəhərdə, yaxud bizim avtomobil yollarında baş verməyəcəyinə heç kim zəmanət verə bilməz: "Gəlin həyatımızı hansısa biznesmen və ya sahibkarın maddi maraqlarına qurban verməyək. Hamılıqla bu başımızın üstündə gəzən "ölüm kabusu"nu bizlərdən maksimum uzaqlaşdıraq.
Yanacaq və ya təhlükəli maddələrlə dolu avtomobillər heç bir halda gündüz, pik saatlarında şəhərdə olmamalıdır və ola da bilməzlər. Respublika Dövlət Yol Polisi İdarəsi bu işlərə çox ciddi nəzarət etməlidir. Mən başa düşürəm ki, bu gün harınlamış bir sıra sahibkar və onlara havadarlıq edən bəzi məmurlar üçün hər şeydən önəmlisi pul olduğuna görə, fərq etmir ki, 15-20 tonluq, bəzən isə daha ağır tonnajlı yanacaq maşını Bakının hansı hissəsi ilə hərəkət edir. Onları gündəlik gəlirləri və var-dövlət daha çox düşündürür. Amma, biz də toplum olaraq bu işlərə təpki göstərməliyik ki, insana bir dəfə verilən həyat riskə qoyulmasın. Həmin yanacaq və təhlükəli maddələrlə dolu avtomobillər sutkanın bəlli saatlarında və xüsusi marşrutlar üzrə hərəkət etməlidirlər. Özü də, bu qaydaya çox ciddi nəzarət və əməl olunmalıdır. Hələliksə, mən, sən və hər birimiz hər gün evdən çıxanda unutmamalıyıq ki, kimlərinsə səhlənkarlığı və ya özbaşınalığı ucbatından ola bilsin bir də sağ-salamat ailəmizin, doğmalarımızın yanına qayıtmayaq. Tanrı bizə çiyinlərimizdə gəzdirdiyimiz başı bir çox funksiyaları ilə yanaşı, həm də ətrafda baş verən hadisələri ciddi şəkildə təhlil etmək və doğru-düzgün nəticə çıxartmaq üçün verib. Hesab edirəm əlaqədar qurumlar nə qədər ki, böyük faciələr baş verməyib, təcili və təsirli tədbirlər görməlidirlər. Mən onu da başa düşürəm ki, pul çox şirin şeydir və bizim bəzi cavabdeh şəxslər ona o qədər aludə olublar ki, bir gün baş verə biləcək faciənin onların da ailəsindən, yaxın ətrafından yan keçməyəcəyinin fərqində deyillər. Səhv eləmirəmsə, bu il, bir neçə ay bundan öncə Bakıdakı mərkəzi yollardan birində artıq o yaxınlaşan faciənin işartıları da görünmüşdü. Çox şükürlər olsun ki, bu dəfə birtəhər ötüşdük. Hələliksə, hiss edirəm ki, bizdə də hansısa ciddi bir hadisə baş verməsə, lazımı addımlar atılmayacaq. Onda isə, yəqin ki, çox gec olar".
Füzuli