Gündəm

BMT ABŞ-ın əksinə getdi: Əsədə 18 milyonluq DƏSTƏK

2 Avqust 2017 11:57

Birləşmiş Millətlər Təşkilatı Suriyada qətliamlar həyata keçirən Əsəd rejimini dəfələrlə qınamasına baxmayaraq, bu rejimlə əlaqədə olan şirkətlərə 18 milyon dollar civarında ödəmələr edib.

Terrorçular sivil vətəndaşlara hücum etdi: 2 yaşlı körpə yaralandı

2 Avqust 2017 11:55

PKK/PYD terror təşkilatı Suriyanın Hələb şəhərindəki Azez bölgəsini top atəşinə tutub. Hücum nəticəsində 2 yaşlı uşaq yaralanıb. Hücum haqqında müxalifətin Vətəndaşların Təhlükəsizlik Təşkilatı məlumat yayıb. 

Fətulla Gülənin "əsgər"lərinin məhkəməsi başlandı - VIDEO

2 Avqust 2017 11:51

Türkiyədə hərbi çevriliş cəhdində suçlanan hərbçilərin məhkəməsi başlanıb. Dünən paytaxt Ankaranın yaxınlığındakı Sincan şəhərindəki məhkəmə binasındakı prosesə 41 sabiq hərbçi gətirilib.  Məhkəmə zalına aparılanlar arasında Kamal Batmaz və Akın Öztürk də vardı. Müttəhimlər kürsüsündə oturan şəxslər hərbi və dövlət çevrilişlərinə cəhdlə yanaşı, qətllər, Konstitusiyanı zorla dəyişmək və dövlət başçısını qətlə yetirmək istəyində suçlanırlar. Sincan həbsxana kompleksində yerləşən və Türkiyənin ən böyük məhkəməsi sayılan binada keçirilən proseslə bağlı ümumilikdə 486 nəfər məsuliyyətə cəlb olunub. Türkiyədə edam cəzası 2004-cü ildə ləğv olunduğundan bu şəxslərin tam əksəriyyətini ömürlük həbs cəzası gözləyir.

Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub

2 Avqust 2017 11:49

Azərbaycanda məişət zorakılığından zərərçəkənlərin yarıdan çoxu qadınlar olub. 2016-cı ildə məişət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib. Onların 807 nəfəri qadın olub. Qadınların 1-i 18 yaşadək, 1-i isə hamilə olub. Zorakılıq cinayətlərinin çoxu qəsdən sağlamlığa zərər vurma ilə bağlı olub. Ötən il qəsdən sağlamlığa zərər vurmadan 33 nəfər zərər çəkib ki, onların 14-ü qadın olub.

"Qarabağ" nə qədər qazandı?

2 Avqust 2017 11:48

UEFA Çempionlar Liqasında pley-off-a vəsiqə qazanan "Qarabağ" maddi cəhətdən də xeyli irəli düşüb.  Qitənin ən nüfuzlu klub turnirinə 2-ci mərhələdən start verən Ağdam klubu 3 milyon 320 min avro qazanıb.  İkinci mərhələdə Gürcüstan "Samtredia"sını məğlub edən "Qarabağ" 320 min avronu əl etmişdisə, dünən "Şerif" üzərindəki qələbə Azərbaycan təmsilçisinə daha 3 milyon avro qazandırıb. 

Çində qatarda PARTLAYIŞ: yaralılar var

2 Avqust 2017 11:46

Çinin Çuntsin şəhərində vağzalda yük qatarında partlayış baş verib.  Tsyantszyan rayon polisi insident nəticəsində 7 nəfərin xəsarət aldığını bildirib. Xəsarət alanlar arasında vağzal əməkdaşları və vağzalda qatar gözləyən sərnişinlər olub.

Güləşçimiz finalda ermənini udub dünya çempionu oldu

2 Avqust 2017 11:45

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. İlk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışıb. Yığmamız günü 1 qızıl medalla başa vurub.  50 kq çəki dərcəsində mübarizə aparan Şahin Muxtarov bütün rəqiblərini məğlub edərək qızıl medal və gənclərin Dünya çempionu titulunu qazanıb. Güləşçimiz finala qədər ardıcıl olaraq Kanada, Qırğızıstan və Rusiya idmançılarını üstələyib.

Məsciddə terror

2 Avqust 2017 11:41

Əfqanıstanın qərbində Herat şəhərində yerləşən Cevadiye məscidində ard-arda silahlı hücumlar baş verib. “Olaylar” bildirir ki, hücumlar nəticəsində 30 nəfər həlak olub. Məscidin giriş hissəsinə yerləşdirilən bomba partladıqdan sonra iki nəfər naməlum silahlı şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Şiələrə məxsus məsciddə 64 nəfərin yaralandığı bildirilir. Yaralıların bəzilərinin İran dövlət xəstəxanasına aparıldığı söylənilir.

Azərbaycanda 55 nəfəri ilan, 6 nəfəri əqrəb sancdı

2 Avqust 2017 11:38

Azərbaycanda bu il ərzində 55 nəfəri ilan, 6 nəfəri isə əqrəb sancıb. Bunu Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, yalnız iyul ayında 14 nəfəri ilan sancıb ki, onların da 3-ü uşaq olub. İyulda 3 nəfəri əqrəb, 1 nəfəri qara qurd sancıb.

İsrail hərbi təyyarələrinin silahlı basqını

2 Avqust 2017 11:37

Ərəb mətbuatının iddiasına görə ötən gecə İsrail hərbi təyyarələri Dəməşq Hava Limanında İrana aid avtomaşın karvanına silahlı basqın ediblər. Məlumata əsasən, İsrail hərbi təyyarələrinin vurduqları yük hərbi məqsədlə daşınırmış.

Səyyar ASAN xidmət Zaqatalada

2 Avqust 2017 11:33

2 – 31 avqust tarixlərində Səyyar ASAN xidmət Zaqatala rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki,  Səyyar ASAN qatar avqust ayının 7-nə kimi Siyəzən rayonunda xidmətini davam etdirəcək.

Ermənilər 135 dəfə atəşkəsi pozub

2 Avqust 2017 11:32

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 135 dəfə pozub.

Prezident yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib

2 Avqust 2017 11:30

Avqustun 2-də Prezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib. “OLAYLAR”-ın prezident.az-a istinadən verdiyi xəbərə görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə öz növbəsində Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

Bakıda atıcılıq üzrə Avropa çempionatının 13-cü günü başladı

2 Avqust 2017 11:27

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının 13-cü günü start götürür. Bu mötəbər çempionatın yarışları avqustun 3-nə qədər davam edəcək.

Deputat: "Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə düşüb"

2 Avqust 2017 11:24

Azərbaycanda yoxsulluqla mübarizə ciddi nəticələr verib, 2001-ci ildən ötən dövr ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. Deputat qeyd edib ki, son 14 ildə ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1,5 milyondan artıq yeni iş yeri açılib.