Çində qatarda PARTLAYIŞ: yaralılar var

Çinin Çuntsin şəhərində vağzalda yük qatarında partlayış baş verib.  Tsyantszyan rayon polisi insident nəticəsində 7 nəfərin xəsarət aldığını bildirib. Xəsarət alanlar arasında vağzal əməkdaşları və vağzalda qatar gözləyən sərnişinlər olub.

Məlumata görə, yük qatarı Xunan şəhərindən gəlibmiş. Partlayışın 5-ci vaqonda baş verdiyi bildirilir. Məlumata görə, həmin vaqonda müxtəlif yüklər, o cümlədən dərman vasitələri, kosmetik vasitələr, gübrələr, batereyalar və avtomobil avadanlıqları olub. Partalyışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31