Gündəm
Elman Babayevdən açıqlama
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, son illərdə əmək və sosial müdafiə sahələri, o cümlədən əlilliyin qiymətləndirilməsi sahəsi tam elektron infrastruktur üzərində qurularaq şəffaflaşdırılıb. Hazırda əlilliyin təyinatı proseduru elektron sistem vasitəsilə və tam şəffaf şəkildə həyata keçirilir. Ona görə də hansısa şəxsin özünə qəsd edərək şantaj etməklə əlilllik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına təzyiq göstərmək cəhdinin heç bir mənası yoxdur”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vətəndaş Cabbarov Sərxan Sərvər oğlunun əlillik dərəcəsi almaq üçün özünü yandırmaq istəməsi hadisəsinə münasibət bildirərkən vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi BAMF-ın ofisini ziyarət edib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüb. BAMF-ın ofisində baş tutan görüşdə tərəflər bir sıra məsələlərlə bağlı, o cümlədən BMT-nin Azərbaycandakı nümayəndəliyi və agentikləri ilə BAMF arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin və layihələrin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.
Qızmar hava davam edəcək
Sabaha olan hava proqnozu açıqlanıb. ETSN-dən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Politoloqlar: "Sarkisyan iqtidarı bu yanlış hesablama ilə heç nəyə nail ola bilməyəcək"
Son günlər Ermənistan mediasının yaydığı məlumatlardan belə məlum olur ki, bu ölkədə sosial problemlər getdikcə dərinləşməkdədir. Bu problemlərin də kökündə iqtisadiyyatın geriləməsi, işsizlik və diaspor təşkilatlarından gələn maliyyə yardımlarının azalması durur. Ermənistan iqtisadiyyatı Azərbaycanla münaqişədə olduğu son 25 ildə daha da geriləyib, ölkənin aparıcı sənaye infrastrukturu xarici dövlətlərin əlinə keçib. Demək olar ki, Ermənistan siyasi hakimiyyətinin daha sosial layihələri həyata keçirmək üçün satmağa hansısa "obyekti” yoxdur...
Politoloq: “Fransa ATƏT MQ həmsədrliyində ballast dövlətə çevrilir”
“Hal-hazırda Fransa Dağlıq Qarabağ tənzimlənməsində heç bir təşəbbüs irəli sürə bilmir. Eks-prezident F. Olandın Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə bağlı irəli sürdüyü təşəbbüs Ermənistan tərəfindən rədd olundu.
Azyaşlını bıçaqla qorxutdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu və... - Salyanlıdan Qaradağda İYRƏNC ƏMƏL
Bakıda 14 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Salyan rayon sakini, 1995-ci il təvəllüdlü Samir Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Samir Xəlilov 1995-ci ildə Salyan rayonun Yenikənd kəndində dünyaya gəlsə də, rayonun Xalac kəndində qeydiyyatda olub və həmin kənddə də yaşayıb.
Türkiyə və Qətər birgə hərbi təlimlərə başladı
Türkiyə və Qətər birgə hərbi təlimlərə başlayıb. Birgə təlimlər Qətərin Rarik bin Ziyad hərbi bazasında keçirilir. Türkiyə tərəfi bu təlimlərə təxminən 250 hərbçi ilə qatıldığını barədə məlumat verib.
"Qarabağ" İtaliya "İnter"ini arxada qoydu
UEFA-nın klub reytinqi açıqlanıb. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Şerif"i 2:1 hesabı ilə yenən "Qarabağ" aktivini daha da zənginləşdirib. Azərbaycan çempionu Moldovada 2:1 hesabı ilə qalib gəlib.
Qurban Qurbanov: "Futbolçular layiqli qələbə qazandılar"
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə "Şerif"i 2:1 hesabıyla məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.
Baş redaktor: "Türkiyədə hələ də FETÖ qruplaşmasının gizli üzvləri var"
Türkiyədə Fəthullah Gülən terror təşkilatına qarşı ciddi mübarizə aparılmasına baxmayaraq, hələ də bu təşkilatın gizli üzvləri var. Bu barədə "Bölgepostası" qəzetinin baş redaktoru, "Milat" qəzetinin köşə yazarı Ufuk Çoşkun bildirib. U.Çoşkun hesab edir ki, FETÖ terror təşkilatının arxasında ABŞ, Almaniya, Fransa və hətta İsrail xüsusi xidmət orqanları durur.
Ankarada kütləvi tədbirlərin keçirilməsi qadağan edildi
Türkiyənin paytaxtı Ankarada avqust ayı boyunca ictimai yerlərdə, o cümlədən parklarda müxtəlif tədbirlərin keçirilməsi qadağan edilib. Bu qərar Ankara valiliyi tərəfindən paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.
30 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 minə yaxın namizəd iştirak edib. Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.
Bu ilin 6 ayında istehlakçılara 121 milyon kubmetr su verilib
2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov verib. Bildirib ki, hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.
“Şafak” əməliyyatı – 37 nəfər həbs olundu
Türkiyənin Sakarya vilayətində hava qüvvələrinin təşkil etdiyi əməliyyatda 37 nəfər həbs olunub. “Olaylar” "Anadolu" agentliyinə istinadən bildirir ki, “Şafak” əməliyyatında həbs olunan şəxslərin üzərində narkotik vaistələr və silah aşkarlanıb. Əməliyyat eyni vaxtda Sakaryanın 47 bölgəsində həyata keçirilib.
"Ermənistan təcavüzkar dövlətdir" - “The Jerusalem Post”
Ermənistan və İsrail dostluq münasibətlərini inkişaf etdirəcəklər. Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan və İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi bu barədə razılığa gəliblər. Onlar ikitərəfli münasibətləri, təxirəsalınmaz regional və beynəlxalq problemləri də müzakirə ediblər. Bəs nə üçün Ermənistan İsraillə məhz indi münasibətlər qurmaq qərarına gəlib, nə üçün 25 ildən çox müddət ərzində Ermənistan ilə İran arasında çox gözəl, hətta qardaşlıq münasibətləri yaranıb, amma İsrail Dövləti ilə münasibətlər heç də yaxşı vəziyyətdə olmayıb.














