Qızmar hava davam edəcək

Sabaha olan hava proqnozu açıqlanıb.  ETSN-dən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Sabaha olan hava proqnozu açıqlanıb.  ETSN-dən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək. Azərbaycanın rayonlarında isə hava yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək.  Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31