Bu ilin 6 ayında istehlakçılara 121 milyon kubmetr su verilib
2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov verib. Bildirib ki, hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.
2 Avqust 2017 12:06 Sosial2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 milyon kubmetr su verilib, 84 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov verib. Bildirib ki, hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2 faizə, Bakı şəhəri üzrə isə 81,1 faizə yüksəlib.