"Qarabağ" İtaliya "İnter"ini arxada qoydu
UEFA-nın klub reytinqi açıqlanıb. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Şerif"i 2:1 hesabı ilə yenən "Qarabağ" aktivini daha da zənginləşdirib. Azərbaycan çempionu Moldovada 2:1 hesabı ilə qalib gəlib.
2 Avqust 2017 12:18 İdmanUEFA-nın klub reytinqi açıqlanıb. Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Şerif"i 2:1 hesabı ilə yenən "Qarabağ" aktivini daha da zənginləşdirib. Azərbaycan çempionu Moldovada 2:1 hesabı ilə qalib gəlib. Nəticədə təmsilçimiz mövsümlük qazancını 2,000 xala çatdırıb. Ölkəmizin ən yaxşı təmsilçisi olan "Qarabağ" son 5 mövsümün nəticələrinə görə hesablanan reytinqini 16,500-ə çatdırıb. Tiraspol zəfərinə qədər 16,000 xalı olan "Qarabağ" 75-ci yerin 4 şərikindən biri idi. Belə ki, İtaliya "İnter"i, Moskva "Dinamo"su və "Rubin" də eyni xal yığmışdı. Qələbə ağdamlılara şəriklərinin üçünü də arxada qoymaq imkanı verib. Bununla da Qurban Qurbanovun yetirmələri 75-ci yerin vahid sahibinə çevrilib.
Qeyd edək ki, "Qəbələ" (5,250) 168-ci, "Neftçi", "İnter", "Zirə", "Xəzər Lənkəran" və "Kəpəz" (hamısı 3,475) 248-cidi. Apasport.az