Gündəm
Ağdamdan seçilmiş deputat “Qarabağ”ın oyununu yayımlamayan telekanallara haqq qazandırdı
Milli Məclisin Ağdamdan olan deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Qarabağ” futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Moldovanın “Şerif” klubu üzərində qələbə qazanmasına münasibət bildirib. B.Sadıqov “Qarabağ” klubunun qələbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Dünənki oyunu ilə “Qarabağ” futbol klubu həm azarkeşlərinin etimadını doğruldub, həm Azərbaycan dövlətinin adına şərəf gətirən uğura imza atıb, həm də qarşısına vəzifə qoyub, ona nail ola bildiyini sübut edib.
DYP-dən video paylaşan qadın sürücü ilə bağlı AÇIQLAMA: "Məhkəməyə verəcəyik" - VİDEO
Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub. Videonu paylaşan iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir.
Neymarın atasına bonus ödənilməsi müvəqqəti dondurulub
"Barselona" Neymarın atasına 26 milyon avro bonus ödəməkdə tələsmir. Katalonlar bu məbləği notariusa yönəldərək Neymarın "PSJ" klubuna transfer məsələsinin sonunu gözləyəcək. Braziliyalı ulduz "Barsa"da qalsa, atası 26 milyonu alacaq.Əks halda, pul öncədən nəzərdə tutulmuş hesaba köçürülməyəcək. Bu bonus "sambaçı"nın 2021-ci ilə qədər imzaladığı müqaviləyə görə nəzərdə tutulub.
Hamilə alim "Mənə xəyanət edənin uşağını doğmaram" deyib, özünü atdı
Türkiyənin Adana şəhərində ərinin onu aldatdığını irəli sürən 6 aylıq hamilə alim "Məni aldadan adamın uşağını doğmaram" deyərək intihara cəhd edib.
"Rossiya 24" telekanalının aparıcısı: Azərbaycan Prezidenti İlham Əliyev incə yumor hissi olan müdrik siyasətçidir
Azərbaycan Prezidenti İlham Əliyev incə yumor hissi olan müdrik siyasətçidir. Bunu “Moskva-Bakı” informasiya portalına müsahibəsində “Rossiya 24” telekanalının aparıcısı Evelina Zakamskaya Azərbaycan haqqında fikirlərini bölüşərkən deyib.
Moskvada hərbi poliqonda Azərbaycanın mədəniyyət nümunələri nümayiş olunub
Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.
“Panatinaikos” 21 futbolçu ilə gəlir
UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Panatinaikos"un heyəti müəyyənləşib. Afina təmsilçisi Bakıya 21 futbolçu ilə gələcək. Baş məşqçi Marinos Ozunidis ilk görüşlə müqayisədə bu dəfə 2 yox, 3 qapıçının adını heyətə daxil edib. Belə ki, İngiltərə klublarına transferi gündəmdə olduğu üçün Yunanıstandakı matçı buraxanLuk Stil bu dəfə komanda ilə birgə olacaq. Həmçinin, Giorgos Kutroubis və Paskalis Staykos da ilk dəfə "Qəbələ"yə qarşı oynamaq imkanı əldə ediblər. Əvəzində ilk görüşdə iştirak edən Brayan Kabezas, Dimitrios Emmanulidis və Lautaro Rinaldi bu dəfə baş məşqçinin diqqətindən kənarda qalıblar. Rasmus Telander klubla problemi olduğu, Lukas Villifanez isə zədədən əziyyət çəkdiyi üçün yenə şans qazanmayacaq.
Xalq artisti ölümdən dönüb: "Mənə atəş açdılar..."
1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetləri lentə aldı. Həmin tarix milli kinematoqrafiyamızın əsasının qoyulduğu gün kimi Ümummilli lider Heydər Əliyev tərəfindən əbədiləşdirildi. 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də ölkəmizdə Kino Günü qeyd olunur. Bu gün Azərbaycanda kino işçiləri bayram sevincini yaşayir.
“Qarabağ”ı gözləyən “ölüm qrup”u
Çempionlar Liqasının qrup mərhələsinin təxmini səbətləri açıqlanıb. III təsnifat mərhələsinin cavab oyunları başa çatmamış əsas raundun 32 iştirakçısının yer ala biləcəyi təxmini "səkkizlik" bəllidi. Yarışa birbaşa qrupdan başlayacaq 22 komandanın burada iştirakı dəqiqdi. Digər 10 komanda isə reytinqinə görə siyahıya daxil edilib. Bu üzdən də təsnifatdan mübarizəyə başlayan və əmsalı aşağı olan (18,050) "Qarabağ"ın adı "32-lik"də yoxdu.
Qızlıq pərdəsinin bərpasını istəyən qızlar...
Qızlıq pərdəsinin tibbi cəhətdən ciddi bir mənası olmasa də, yaşadığımız cəmiyyətdə buna nə qədər diqqət göstərildiyinə şahid oluruq. Ailələr gəlinlərinin bakirə olmasını istəyir, müxtəlif yollarla bunun belə olub-olmadığını yoxlayırlar.
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. FHN-in saytının verdiyi xəbərə görə, müraciətdə bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Qubada itən azyaşlı qız tapıldı
İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb. Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib.
Bakıda qızıl dişli protezlər oğurlayan yeniyetmələr tutuldu
Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə oğrular tutulub.
Hizbullah Trampı "cahil" adlandırdı
ABŞ prezidenti Donald Trampın Livan prezidenti Səad Hariri ilə keçirdiyi görüşdə işlətdiyi sözlər qalmaqala səbəb olub. Prezident Livanda hökumət ortağı olan Hizbullahın adını İŞİD və Əl-Qaidə terror təşkilatları ilə birlikdə çəkib.
Oteldə dəhşət: "İranlı turisti əvvəl döydülər sonra..."
Antalyada dəhşətli hadisə baş verib. 5 ulduzlu otelin 8-ci mərtəbəsində güclü yanğın olub. Hadisə yerinə gələn yanğın söndürmə idarəsinin əməkdaşları yanan otaqda insan olduğunu bildiriblər. Əslən İrandan olan J.P adlı turist dərhal xəstəxanaya aparılıb. Turistin bədənində zərbə izləri və müxtəlif dərəcəli yanıqların olduğu bildirilib.














