Qubada itən azyaşlı qız tapıldı
İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb. Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib.
2 Avqust 2017 12:43 Kriminalİyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in "102 Zəng Mərkəzi"nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb. Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib. Uaşağın babası F.Zeynalov bu diqqət və qayğıya, polislərin operativliyinə görə RPŞ-nin rəhbərliyinə minnətdarlıq edib. Modern.az