Bakıda qızıl dişli protezlər oğurlayan yeniyetmələr tutuldu

Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə oğrular tutulub.

Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə oğrular tutulub. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, iyulun 31-də rayon ərazisindəki mənzillərdən birindən pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə oradakı seyfdən 3000 ABŞ dolları, 15000 ABŞ dolları dəyərində qızıl əşyalar və 15 ədəd qızıl diş olan protezi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Araşdırma aparılır. Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31