“Panatinaikos” 21 futbolçu ilə gəlir

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Panatinaikos"un heyəti müəyyənləşib. Afina təmsilçisi Bakıya 21 futbolçu ilə gələcək. Baş məşqçi Marinos Ozunidis ilk görüşlə müqayisədə bu dəfə 2 yox, 3 qapıçının adını heyətə daxil edib. Belə ki, İngiltərə klublarına transferi gündəmdə olduğu üçün Yunanıstandakı matçı buraxanLuk Stil bu dəfə komanda ilə birgə olacaq. Həmçinin, Giorgos Kutroubis və Paskalis Staykos da ilk dəfə "Qəbələ"yə qarşı oynamaq imkanı əldə ediblər. Əvəzində ilk görüşdə iştirak edən Brayan Kabezas, Dimitrios Emmanulidis və Lautaro Rinaldi bu dəfə baş məşqçinin diqqətindən kənarda qalıblar. Rasmus Telander klubla problemi olduğu, Lukas Villifanez isə zədədən əziyyət çəkdiyi üçün yenə şans qazanmayacaq.

Qapıçılar: 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos

Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 17. Robin Lod, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 18. Lusiano, 21. Dimitris Kurbelis

Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas
 
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" oyunu saat 21:00-da başlayacaq. İlk matçda yunanlar öz meydanlarında 1:0 hesablı qələbə qazanıb. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31