Gündəm

Moskvada erməni miqrantlarla kütləvi dava - Yaralılar var

2 Avqust 2017 14:40

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. Davada 40-a yaxın adam iştirak edib. Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb.

Gülnarə Kərimovanın oğlu hökuməti hədələdi: Açaram sandığı, tökərəm pambığı

2 Avqust 2017 14:38

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın doğmaları hökumət üzvlərinin maliyyə vəziyyəti barədə sənədləri açıqlamaq niyyətində olduğunu bildiriblər. Bunu G.Kərimovanın oğlu İslam açıqlayıb.

Azərbaycanlı xanım erməni əri ilə İrəvan küçələrində... -  FOTO

2 Avqust 2017 14:36

Erməni Artyom Xaçaturyan və onun azərbaycanlı həyat yoldaşı Leyla qızları Adellə bərabər Ermənistanın paytaxtı İrəvana gəliblər. Sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla İrəvanda ailəsi ilə birlikdə gəzintiyə çıxıb. Birlikdə fotolar çəkdirən Leyla şəkilləri sosial şəbəkə izləyiciləri ilə paylaşıb.

Ana 5 aylıq körpəni qara paketə büküb pəncərədən asdı: "Qız istəmirdim"

2 Avqust 2017 14:28

Amerikada dəhşətli hadisə baş verib. Öz qızını öldürmək istəyən qadın hadisəyə oğurluq görüntüsü verərək polisləri çaşdırmağa çalışıb. 34 yaşlı Yin Sothera və 33 yaşlı Çem Sovanna gecəyarısı dostları ilə yaxınlıqdakı kluba kart oynamağa gediblər. Bir neçə dəqiqə sonra dostlarından ayrılan Yin gizlicə evinə qayıdaraq 5 aylıq qızının ağzını bağlayıb, qara zibil paketinə qoyaraq pəncərədən aşağı sallayıb.

Dünya düşündüyümüzdən daha çox isinəcək

2 Avqust 2017 14:27

Qlobal istiləşmənin XXI əsrin sonuna qədər 2 dərəcədən çox artması gözlənilir. Bir-birindən tamamilə fərqli və əlaqəsiz iki üsulla aparılan araşdırmanın nəticəsində bu qənaətə gəlinib. Hər iki araşdırmanın nəticəsi “Nature Climate Change” jurnalında yayımlanıb.

Erməni təxribatı

2 Avqust 2017 14:19

Ermənistan diplomatik və hərbi sahədə Azərbaycan qarşısındakı məğlubiyyəti, uğursuzluğunu ənənəsinə sadiq qalaraq təxribatçı hərəkətləri, informasiya məkanında ölkəmiz əleyhinə mübarizə aparmaqla prt-basdır etməyə çalışır. Azərbaycan əleyhinə yönəlmiş bu fəaliyyətlər xüsusilə aprel savaşından sonra daha əhatəli və planlı şəkil almağa başlayıb.

Bank sisteminə etimad artacaqmı?

2 Avqust 2017 14:18

Ötən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının başqa bir sərəncamı ilə isə Azad Cavadov fondun icraçı direktoru vəzifəsindən azad olunub. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Abdullayevə həvalə olunub.

Ukraynada siyasi gərginlik yeni mərhələdə

2 Avqust 2017 14:12

Son günlər Ukraynanın siyasi həyatında baş verənlər yenidən bu ölkəni diqqət mərkəzinə gətirib. Qərbin adamı kimi tanınan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Qərbdə və Birləşmiş Ştatlarda nə qədər məyusluq doğursa da, eyni zamanda Rusiyada da o qədər məmnunluq yaradıb. İndi ekspertlər düşünürlər ki, Rusiyanın Ukraynada tam mənada oturuşması üçün ona olan başlıca maneələrdən biri də aradan qalxmış olub. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Ukrayna cəmiyyətində də birmənalı qarşılanmayıb. Həm bu qərarı alqışlayan, həm də onun əleyhinə çıxanlar var. Cərəyan edən proseslər isə Ukraynada yeni bir siyasi gərginliyin baş verəcəyi, hətta hakimiyyət çevrilişinin ola biləcəyini də mümkün göstərir. Bəs görəsən Ukraynada baş verənləri siyasi analitiklər necə dəyərləndirir? Və yaxud Qərb Ukraynadakı adamını necə və hansı formada müdafiə edəcək? Yaxud bu müdafiədə maraqlı görünəcəkmi?

Neymar “Barselona” ilə vidalaşdı

2 Avqust 2017 14:10

"Barselona"nın hücumçusu Neymar komandanın səhər məşqinə qatılmayıb. "PSJ" ilə anlaşan braziliyalının "Barselona"ya yollanmaqda məqsədi komandaya qoşulmaq olmayıb.  Belə ki, "sambaçı" məşq zamanı bazaya daxil olsa da, baş məşqçi Ernesto Valverdedən icazə alaraq, yarım saat ərzində oranı tərk edib. 25 yaşlı forvardın həmçinin komanda yoldaşları ilə də vidalaşdığı vurğulanıb.

“Türkiyə hər cür təhdidi aradan qaldıracaq qüdrətə malikdir”

2 Avqust 2017 14:04

Türkiyə Baş naziri Binəli Yıldırım “Yüksək Əsgəri Şura” (YAŞ) üzvləri ilə birlikdə “Anıtkabir”i ziyarət edib. Ziyarət zamanı açıqlama verən baş nazir bildirib ki, millətimizin əzmi və iradəsi sayəsində ölkəmiz bir sabitlik adası olaraq varlığını davam etdirməkdədir: “Dövlətimiz hər cür təhdidi aradan qaldıracaq qüdrətə malikdir. Daha təhlükəsiz, ədalətli, azad bir Türkiyə ən əhəmiyyətli hədəfimizdir. Şəhid qanları ilə yoğurulan bu vətən torpaqlarını eyni əzm və dayanıqlılıqla qorumaq, gələcək nəsillərə əmanət etmək üçün inancımız hər zamankından daha çoxdur”. 

“Putinin Abxaziyaya səfəri Rusiyanın işğalçılıq siyasətinin davamıdır”

2 Avqust 2017 14:02

Gürcüstan rəsmiləri Rusiya prezidenti Vladimir Putinin işğal altında olan Abxaziyaya gözlənilən səfərini təxribat adlandırıblar. Məlumata görə, Gürcüstan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Tengiz Pxaladze deyib ki, Putinin Abxaziyaya səfəri Rusiyanın işğalçılıq siyasətinin davamıdır: “Gözlənilən səfər Rusiyanın tarixi ədalətsizliyi leqallaşdırmaq cəhdidir. Gürcüstanın işğal olunmuş əraziləri tanımamaqla bağlı siyasəti çox güclüdür. Əminəm ki, Gürcüstan bu münaqişədə qalib gələcək və ədalət bərqərar olacaq”.

Əfqanıstanda əcnəbilərə HÜCUM olub

2 Avqust 2017 13:48

Əfqanıstanın Qəndəhar şəhərində intiharçı-terrorçu əcnəbi hərbçilərin olduğu avtomobil kortejinə hücum edib. İntiharçı-terrorçu avtomobillərin yaxınlığında özünü partladıb. Hadisə nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilməyib. Məlumata görə, partlayış hərbçilər Qəndahar hava limanına gedərkən baş verib.

Aralıq dənizində can bazarı: 500 qaçqını daşıyan 4 rezin qayıq batdı

2 Avqust 2017 13:45

Aralıq dənizinin Türkiyəyə aid hissəsində Liviya qaçqınlarını daşıyan 4 rezin qayıq sahildən 24 km uzaqda qəzaya uğrayıb. Hadisə nəticəsində batan 500 qaçqın bir yük gəmisi tərəfindən xilas edilib, 8 nəfər isə boğularaq ölüb. Qaçqınların Liviya vətəndaşları olduqları və Avropaya getmək üçün Aralıq dənizindən istifadə etdikləri təsdiq edilib. Onlar arasında azyaşlı uşaqlar çoxluq təşkil edir.

Nəsli kəsilməkdə olan balinanı tikə-tikə etdilər

2 Avqust 2017 13:43

Alyaskada nəsli tükənməkdə olan boz balinanın əhali tərəfindən vəhşicəsinə öldürülməsi medianın diqqətini çəkib. Alyaskanın Napaskikak bölgəsində yerləşən Kuskokvim çayından nəhəng boz balina ovlanıb. Dərisi üzülmüş və doğranmış heyvanın əslində yağ üçün ovlandığı bildirilib. Yerli xalq katerlərlə tez-tez balina ovuna çıxır və tutduqları balinaları doğrayaraq əhali arasında bölüşdürülər.

Rusiya və ABŞ aylar sonra bir arada

2 Avqust 2017 13:38

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçiliyi Rusiya ilə ABŞ arasında aylar sonra bir ilkin gerçəkləşdiyini elan edib. Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebeznya ilə ABŞ təmsilçisi Nikki Hali ilk dəfə bir araya gəlib.