Ukraynada siyasi gərginlik yeni mərhələdə

Son günlər Ukraynanın siyasi həyatında baş verənlər yenidən bu ölkəni diqqət mərkəzinə gətirib. Qərbin adamı kimi tanınan sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Qərbdə və Birləşmiş Ştatlarda nə qədər məyusluq doğursa da, eyni zamanda Rusiyada da o qədər məmnunluq yaradıb. İndi ekspertlər düşünürlər ki, Rusiyanın Ukraynada tam mənada oturuşması üçün ona olan başlıca maneələrdən biri də aradan qalxmış olub. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Ukrayna cəmiyyətində də birmənalı qarşılanmayıb. Həm bu qərarı alqışlayan, həm də onun əleyhinə çıxanlar var. Cərəyan edən proseslər isə Ukraynada yeni bir siyasi gərginliyin baş verəcəyi, hətta hakimiyyət çevrilişinin ola biləcəyini də mümkün göstərir. Bəs görəsən Ukraynada baş verənləri siyasi analitiklər necə dəyərləndirir? Və yaxud Qərb Ukraynadakı adamını necə və hansı formada müdafiə edəcək? Yaxud bu müdafiədə maraqlı görünəcəkmi?

Qərb Saakaşvilini necə müdafiə edəcək?

İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altay Ukraynada baş verənlərə münasibət bildirərkən qeyd edib ki,

Prezident Poroşenkonun gözlənilmədən Mixail Saakaşvilinin Ukrayna vətəndaşlıgını ləgv etməsi, onu özūnə ciddi, ūstūn və təhlūkəli rəqib kimi görməsini sūbut etdi. İlqar Altayın sözlərinə görə, Mixail Saakaşvili kimi savadlı, talantlı, hazırlıqlı və hərtərəfli potensiallı siyasətçi Ukraynasız da özūnə dūnyanın çox yerində yer tapacaq: "O artıq sūbut etdi ki, bir yox, cox müxtəlif ölkələrdə siyasətçi-lider kimi fəaliyyət göstərə bilər. Bu isə dūnya siyasət tarixində nadir hadisədir. Demək, bu potensialla ona həyatda çökūş yoxdur". İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri bildirib ki, Ukayna prezidenti bu yanlış addımı ilə karyerasının ən böyūk səhvini etdi: "Ukrayna xalqının və dūnyanın neçə mūddət davam edən, onun barəsindəki qaranlıqlarına aydınlıq gətirdi. Sūbut etdi ki, onun prezidentliyi dövrūndəki bu neçə ildə ölkədə korrupsiyanın, monopoliyanın, məmur özbaşınalıgının kökū niyə kəsilmir. Niyə, hökumətdə və parlamentdə cinayətkar oliqarxlar oturmaqda davam edirlər. Niyə, ölkədə hūquq və azadlıqlar tam təmin olunmur, demokratik inkişaf yerimir. Məsələnin hūquqi tərəfi. Burada məsələ nəzərə alınmamış qeyri-adi qəliz durumdadır. Yəni

Ukrayna Konstitusiyası Ukrayna vətəndaşınî bu hūquqdan məhrum etməyi, ölkədən çıxartmagı və xarici dövlətə verməyi qadagan edir. Ancaq bir şərtlə ki, vətəndaşlıgı alan gərək prosedurları dūzğūn keçsin. Bir iş də var ki, vətəndaşlıqdan çixarılma qərarı Mixail Saakaşvili xaricdə olarkən verilib. Səbəb kimi vətəndaşlıga qəbul vaxtı anket dolduranda özū haqqında məhkəmə-istintaq təqibi olmasını qeyd etməməsidir. Və indi o, heç bir ölkənin vətəndaşı deyil. Qanunla nə orada qala, nəUkraynaya qayıda bilmir. Qanun böşlugu. Və Mixail Saakaşvili artıq Ukrayna və Avropa məhkəməsinə mūraciət edib". Hüquqşünas hesab edir ki, normada Avropa Konvensiyasına görə tək bir vətəndaşlıģı olan şəxsi bu hūquqdan məhrum etmək olmaz: "Ancaq, burada vətəndaşlıga girən zaman özū haqqında qəsdən yalan məlumat verməsi istisnası da var. Avropa Insan Haqları Məhkəməsi artıq bir dəfə Almaniyanın bu cūr məsələdə bu barədə, yəni vətəndaşlıqdan cıxarma qərarını qanuni sayıb. Sual yaranır ki, bu adam hazırda olduğu ölkəni necə tərk edə bilər. Pasportunun etibarsiz olmasına görə o faktiki heç bir ölkənin sərhəddini keçə bilmez. Bu halda o, Apatrid statusu alır. Аpatrid statusu BMT-nin qətnaməsi əsasında 1954-cū ildə qəbul olunmuş Konvensiyaya görə vətəndaşlıgının mūəyyən olunması mūmkūnsūz şəxslərə verilir. Amma mən dūşūnūrəm ki, iş bu səviyyəyə çətin gedib çıxsın. Ukrayna prezidentinin Mixail Saakaşvilini vətəndaşlıqdan məhrum etməsi qərarının qanuniliyini sūbut etməsi şansı çox azdır. Əvvəla vətəndaşlıq alan anda Saakaşvilinin əlində Gūrcūstan tərəfinin onu istintaq təqibi haqqında rəsmi sənədi olmayıb, şifahi eşidib bilib və bunu qeyd etməyə borclu olmayıb. Ikincisi, bu işə Konstitusiya məhkəməsi qarışa bilər. Çūnki, Poroşenko öz qərarında Konstitusiyadaki vətəndaşlıqdan xaric edlmə istisnasının "vətəndaş xaricdə olarkən tətbiqi istisnası" göstərilmədiyi kimi boşluqdan sui-istifadə edib. Ūçūncūsū, Poroşenkonun bu addimı, bu qərarı būtūn göstəricilərinə görə siyasi-qərəzli motiv xūsusiyyətli görūnūr. Ona görə Avropa Məhkəməsi bunu qəbul etməyəcək. Bir də ki, ortada Saakaşvilini dəstəkləyən Ukrayna xalqı faktoru da var və bu xalq Meydana yıgışıb haqq-ədaləti tələb etmək gūcūnū artıq göstərib. Fikrimcə, bu hadisə əksinə, Mixail Saakaşvilinin nūfuzunun artması və siyasi yolunun açılması ūçūn faydalı olacaq". İlqar Altay Ukraynada baş verən bu kimi proseslərdə sadə ukraynalıların da müəyyən mənada günahkar olduğu qənaətindədir. Onun sözlərinə görə, Ukrayna xalqı bilməli idi ki, biznesmen-oliqarxı prezident edəndə demokratiya ūçūn əli uzanıqlı qalacaq.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31