Moskvada erməni miqrantlarla kütləvi dava - Yaralılar var

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. Davada 40-a yaxın adam iştirak edib. Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb.

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. Davada 40-a yaxın adam iştirak edib. Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gəlmiş miqrantlar olub. Tərəflər bir-birinə kürək, armatur və iri çəkiclərlə hücum ediblər. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Münqişənin hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda insidentlə bağlı araşdırma başlayıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31