Gündəm

Türkiyə yenidən Eurovisionda

2 Avqust 2017 15:29

Eurovisiona ən son 2012-ci ildə qatılan Türkiyə yenidən bu yarışmaya qatılacaq. 2013 – cü ildən  Eurovisionda iştirak etməyən Türkiyəni bu il Eurovisionda MaNga musiqi qrupu təmsil edəcək.   Qeyd edək ki, MaNgan 2010 – cu ildə Türkiyəni adıçəkilən musiqi yarışmasında təmsil edərək, ikinci olmuşdu.

Əlilliyi olan şəxslər 17 mindən artıq protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub

2 Avqust 2017 15:25

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 17 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub.

Fatmayıda dənizdə batan şəxs xilas edildi

2 Avqust 2017 15:23

Bu gün gündüz saatlarında Xəzərdə batan şəxs xilas edilib. FHN xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 12:31-də başa çatıb.

Reutersin açıqlaması Kremli qəzəbləndirdi

2 Avqust 2017 15:14

“Reuters” beynəlxalq xəbər agentliyi bu il ərzində Suriyada 40 rus əsgərinin həlak olduğunu bildirib. Agentliyin bu açıqlaması Kremli qəzəbləndirib. Kreml rəsmisi Dmitri Peskov beynəlxalq agentliyə cavab olaraq  Suriyada döyüşən rus könüllülərin ola biləcəyini istisna etməyərək, agentliyi Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanaraq xəbər yaymağa dəvət edib. Rusiya Müdafiə Nazirliyi isə  2015 – ci ildən bu günə qədər Suriyada 10 rus əsgərinin həlak olduğunu açıqlayıb.

Nazirlik xəbərdalıq edir - Bu malları alarkən diqqətli olun

2 Avqust 2017 15:10

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edir.

Ukrayna Rusiyanı məhkəməyə verəcək

2 Avqust 2017 15:00

Rusiya Kerç boğazındakı körpünün inşası ilə bağlı Ukrayna gəmilərinin hərəkətini məhdudlaşdırıb.  Ukrayna bu səbəbdən Rusiyanı məhkəməyə verməyə hazırlaşır. Bu barədə Ukraynanın infrastruktur nazirinin köməkçisi Yuri Lavrenyuk açıqlama verib: “Hazırda məhkəmə prosesi üçün hazırlıqlar gedir. “Mariupol” və “Beryadinsk” ticarət limanlarının uğradığı zərərin miqdarı hesablanır”.

Vəkil: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxmaq şansı yüksəkdir

2 Avqust 2017 14:54

Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və hazırda ermənilərin işğalı altında olan Azərbaycanın Şuşa şəhərində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən kommunikasiyanın başlanması çox önəmli məsələdir.

Paytaxtdakı güclü yanğınla bağlı - Rəsmi açıqlama

2 Avqust 2017 14:51

Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında Bakıda qarajda baş verən yanğınla bağlı məlumat yayıb. Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və içərisində "VAZ” markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Putinin sərvətinin miqdarı açıqlandı

2 Avqust 2017 14:49

Keçən həftə ABŞ konqresindəki çıxışında önəmli açıqlamalar verən “Hermitage Capital Management”in sözçüsü Bill Brovder dünyanın ən varlı adamının Vladimir Putin olduğunu iddia edib. Brovder Putinin 200 milyard dollarlıq bir sərvətə sahib olduğunu deyib. Rusiyaya tətbiq ediləcək sanksiyalar öncəsi parlamentdə ifadə verən Brovder prezidentin pulunu Qərb ölkələrinin banklarında saxladığını deyib. Bildirib ki, həmin hesablar hər an dondurula bilər.

Aqil Abbas: “Moldovada sübut etdik ki, “Qarabağ” “Qarabağ”dır”

2 Avqust 2017 14:48

"Mən ilk oyundan sonra qəzetdə də yazmışdım. “Qarabağ”ın ikinci oyunda qalib gələcəyini demişdim. Mən bütün uşaqlara və Qurban Qurbanova inanırdım. Onlar hamısı mənim balalarım, əzizlərimdi. Onlar gedib Moldovada sübut etdilər ki, “Qarabağ” “Qarabağ”dır. Azərbaycanda bu gün iki komandanın səviyyəsi yüksəkdir: “Qarabağ” və “Qəbələ”. Əvvəllər isə güclü komandalar çox idi. Məsələn, “İnter”, “Xəzər Lənkəran”, "Simurq"" – bu sözləri millət vəkili, əməkdar jurnalist Aqil Abbas Publika.az-a “Qarabağ”ın qələbəsini şərh edərkən deyib.

PKK-çılar Avropaya Ermənistan pasportu ilə gedir

2 Avqust 2017 14:46

Ermənistan PKK terror təşkilatının üzvlərini ölkəsinin pasportu ilə təmin edir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy deyib ki, terror təşkilatının üzvləri artıq Avropaya Ermənistan pasportu ilə səfər edirlər. Onun sözlərinə görə, hər ay Ermənistan 50 PKK-çıya viza verir: “Bu sırada ən aktiv rolu Ermənistanın Fransadakı səfirliyi oynayır. Belə ki, PKK-nın maddi və tibbi yardımları məhz oradan gəlir”.

Rusiyada mədəniyyət nümunələrimiz nümayiş olunub

2 Avqust 2017 14:45

Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, beynəlxalq oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb

2 Avqust 2017 14:43

Ötən ay Zığda lokal sahələrdə texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Masazır qəsəbəsində, "Zəli gölü" adlı ərazidə təbii və texnogen amillərin təsirindən isə sürüşmə və uçqun prosesinin nisbi aktivləşməsi qeydə alınıb.

Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib - YENİLƏNİB

2 Avqust 2017 14:42

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə iclasda bəzi sənədlər elan edilib. Akif Çovdarov telefon danışıqlarının dinləməsi, zərərçəkmiş İlham Qasımovla bağlı və digər epizodlar üzrə ifadə verib.