Gündəm

Mübariz Qurbanlının sədrliyi ilə müşavirə keçiriib

2 Avqust 2017 16:33

Avqust ayının 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Tədbirdə bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan DQİDK-nın sədri Mübariz Qurbanlı xalqımızı vahid ideologiya-Azərbaycançılıq ətrafında birləşdirən amillərin onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dini olduğunu bildirib. O, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib. “İslam Həmrəyliyi İli” ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin müvafiq qurumlarla gördüyü işlər, planlaşdırdığı tədbirlər və qarşıda duran vəzifələrindən danışıb.

Yay məktəbi başa çatdı

2 Avqust 2017 16:32

Paytaxt məktəblərinin V-VI sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi” başa çatıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində reallaşdırılan “Yay məktəbi”ndə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.  “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində “Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Dənizdə "ət yeyən bakteriya" təhlükəsi: qadının ayağını kəsəcəklər

2 Avqust 2017 16:18

Ayaqlarını dənizə suyuna daxil edərkən ölümlə üz-üzə gələcəyi ağlından keçirməyən qadın nadir qarşılanan ölümcül bir virusun badına gedib. Bonita Fetterman, ABŞ-ın Cənubi Karolin ştatında bir çimərlikdə ayaqlarını dənizə saldıqdan sonra tibb aləmində ət yeyən bakteriya olaraq tanınan nekrotizan fasiit qəbul edib. Ölümcül infeksiya üzündən ciddi nəzarətə götürülən qadının vəziyyəti hələ də kritik olaraq qalır.

Bakcell növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” seminarı təşkil etdi

2 Avqust 2017 16:13

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib. Builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və “Applab” layihəsi, İnternet məhsulları, informasiya təhlükəsizliyi, “Bakcell”in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.

Aptekdə insanlar bu yolla ALDADILIRMIŞ

2 Avqust 2017 16:11

Bakıda apteklərdən birində istehlakçıya keyfiyyətsiz dərman satılıb. Bu barədə “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər sakini Könül Zeynalova “Elit” aptekdən keyfiyyətsiz dərman alması barədə birliyə müraciət edib.

Dövlət Sərhəd Xidməti və Təhsil Nazirliyinin təklifi ilə yen ixtisas yaradılıb

2 Avqust 2017 16:04

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib. Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə yeni sərhəd təhlükəsizliyi və idarəetmə ixtisası yaradılıb. Nazirlər Kabineti Təhsil Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin təklifini nəzərə alaraq belə bir qərar qəbul edib.

Rusiya MN "Röyters"in Suriyada həlak olan rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib

2 Avqust 2017 16:01

Rusiya Müdafiə Nazirliyi (MN) "Röyters" agentliyinin Suriyada həlak olan rus hərbçilərinin sayı ilə bağlı məlumatını təkzib edib. Rusiya MN-dən verilən məlumata görə, nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumatın yalan olduğunu söyləyib. 

Vətəndaş cəmiyyəti siyasi və ideoloji plüralizmin  mövcudluğun göstəricisidir

2 Avqust 2017 15:58

Demokratik cəmiyyətlər o cəmiyyətlərə deyilir ki, orada bütün demokratik prinsiplər ən adi hüquq və azadlıqlar təmin olunur, onların inkişaf etdirilməsi istiqamətində müntəzəm şəkildə, davamlı olaraq addımlar atılır,işlər görülür, islahatlar reallaşdırılır. Fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm, insan hüquq və azadlıqlarının qorunması bu istiqamətdə öndə gəlir və bu prinsiplərinin birinin pozulması, ona əməl edilməməsi avtomatik olaraq həmin ölkə, cəmiyyət barədə mənfi rəy formalaşdırır, onu nüfuzdan salır, imicinə, siyasi çəkisinə xələl gətirir.  Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bütün qeyd edilən elementlər. məqamlar müsbət balla qiymətləndirilir və demokratik cəmiyyətin bir üzvü kimi Azərbaycanın bu prinsiplərə sadiq olduğu, onun inkişaf etdirilməsi sahəsində davamlı addımlar atdığı qeyd edilir, təqdir olunur.

Ermənipərəst Zahava Qalyon nə istəyir?

2 Avqust 2017 15:52

Azərbaycanın dünya siyasətində yerinin və rolunun artması bəzi qüvvələri ciddi narahat edir. Həmin qüvvələ hər vəchlə dövlətimizin müstəqil siyasət aparmasına və aparıcı dövlətlərlə bir sırada dayanıb, dövlət maraqlarını diqtə etməsinə əngəl olmağa çalışırlar. Bunun üçün daxildə sapı özümüzdən olan baltalardan istifadə edir və ya ayrı-ayrı ölkələrdə dövlətimiz haqqında mənfi rəy yaratmağa çalışırlar.

Tur qayığı batdı: 1 nəfər öldü, 2 nəfər itkin düşdü

2 Avqust 2017 15:47

Türkiyədə, Mərmərə dənizində tur qayığı batıb. Qayıqda 11 nəfər olub. Onlardan 8-i xilas edilib, 1-i isə həlak olub. 2 nəfərin taleyindən hələ ki, heç bir xəbər yoxdur.  Qayığın hansı səbəbdən batdığı məlum deyil.

Yol polisini şərləyən qadın sürücü ilə bağlı ŞOK FAKTLLAR – VİDEO

2 Avqust 2017 15:39

Xəbər verdiyimiz kimi, Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü sosial şəbəkələrdə video yayaraq həmin polis əməkdaşının qadın sürücülərə qarşı nalayiq hərəkətlərdə ittiham etmiş və bildirmişdi ki, yol polisi əməkdaşı 99 P 048 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan Fəriddir. Qadın iddia edirdi ki, o xanım sürücüləri saxlayaraq onlara “padxod” edir, telefon nömrəsi istəyərək münasibət qurmağa çalışır. Buna nail olmadıqda isə cərimə yazır.

Fransalı jurnalist Türkiyədə həbs edildi

2 Avqust 2017 15:30

Şimali İraqa keçmək üçün Türkiyənin Şırnak şəhərinə gedən fransız jurnalist Loup Bureau polis tərəfindən saxlanılıb.  Jurnalist terror təşkilatına yardım etmək iddiası ilə həbs edilib.