Vətəndaş cəmiyyəti siyasi və ideoloji plüralizmin mövcudluğun göstəricisidir
Demokratik cəmiyyətlər o cəmiyyətlərə deyilir ki, orada bütün demokratik prinsiplər ən adi hüquq və azadlıqlar təmin olunur, onların inkişaf etdirilməsi istiqamətində müntəzəm şəkildə, davamlı olaraq addımlar atılır,işlər görülür, islahatlar reallaşdırılır. Fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm, insan hüquq və azadlıqlarının qorunması bu istiqamətdə öndə gəlir və bu prinsiplərinin birinin pozulması, ona əməl edilməməsi avtomatik olaraq həmin ölkə, cəmiyyət barədə mənfi rəy formalaşdırır, onu nüfuzdan salır, imicinə, siyasi çəkisinə xələl gətirir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bütün qeyd edilən elementlər. məqamlar müsbət balla qiymətləndirilir və demokratik cəmiyyətin bir üzvü kimi Azərbaycanın bu prinsiplərə sadiq olduğu, onun inkişaf etdirilməsi sahəsində davamlı addımlar atdığı qeyd edilir, təqdir olunur.
2 Avqust 2017 15:58 SosialBelə cəmiyyətlərdə fikir, söz və məlumat azadlığı əsas meyar götürülür
Demokratik cəmiyyətlər o cəmiyyətlərə deyilir ki, orada bütün demokratik prinsiplər ən adi hüquq və azadlıqlar təmin olunur, onların inkişaf etdirilməsi istiqamətində müntəzəm şəkildə, davamlı olaraq addımlar atılır,işlər görülür, islahatlar reallaşdırılır. Fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm, insan hüquq və azadlıqlarının qorunması bu istiqamətdə öndə gəlir və bu prinsiplərinin birinin pozulması, ona əməl edilməməsi avtomatik olaraq həmin ölkə, cəmiyyət barədə mənfi rəy formalaşdırır, onu nüfuzdan salır, imicinə, siyasi çəkisinə xələl gətirir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda bütün qeyd edilən elementlər. məqamlar müsbət balla qiymətləndirilir və demokratik cəmiyyətin bir üzvü kimi Azərbaycanın bu prinsiplərə sadiq olduğu, onun inkişaf etdirilməsi sahəsində davamlı addımlar atdığı qeyd edilir, təqdir olunur.
Əslində ölkədə çoxsaylı vətəndaş cəmiyyəti üzvləri, qeyri-hökumət təşkilatlarının mövcudluğu, onların fəaliyyəti üçün hər hansı bir problemin, maneənin yaradılmaması da öz-özlüyündə plüralizmin bariz nümunəsi, əyani sübutudur. Qeyd etdiyimiz kimi Azərbaycanda bu baxımdan vəziyyət normaldır, ürəkaçandır. Elə vətəndaş cəmiyyəti institutlarının fəaliyyət sferası, onların tutduqları xətt, həyata keçirdikləri layihələrin müxtəlifliyi, rəngarəngliyi də bir növ plüralizmin göstəricilərindən sayıla bilər. Siyasi partiyalar kimi vətəndaş cəmiyyəti institutları içərisində də mövcud siyasi hakimiyyətinin yürütdüyü xətti, həyata keçirdiyi siyasəti dəstəkləməyən, onu yerli-yersiz, haqlı-haqsız olaraq tənqid hədəfinə çevriən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri var. Baxmayaraq ki, həmin təşkilat və qurumlar uzun illərdir ki, fəaliyyətlərini məhz bu yöndə, hakimiyyətin siyasətini, həyata keçirdiyi islahatları tənqid etmək istiqamətində qurub, amma buna baxmayaraq dövlət, siyasi hakimiyyət onların fəaliyyəti üçün heç bir əngəl yaratmır. Əksinə yeri gəldikdə həmin qeyri-hökumət təşkilatları da dövlətin dəstəyini görür, ondan öz layihələrini reallaşdırmaq, həyata keçirmək üçün maliyyə yardımları alır. Bunun özü də Azərbaycanda plüralizmin mövcudluğundan xəbər verir. Elə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi, onların cəmiyyətdə aktiv rol oynaması, fəallıq nümayiş etdirməsi, proseslərə təsir imkanlarının artmasında dövlət də maraqlıdır. İctimai Birlik sədri qeyd edib ki, dövlət bunda maraqlı olmasaydı, qeyri-hökumət təşkilatlarına, onların fəaliyyətinə yaxından dəstək olmaz, yardım göstərməzdi: "Ancaq hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində maraqlıdır, bu fəaliyyətə dəstək verir. Elə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması da deyilənlərin bariz nümunəsi, əyani göstəricisi idi. Məlumdur ki, QHT Şurası ildə bir neçə dəfə qeyri-hökumət təşkilatlarının layihələrini maliyyələşdirir, onlara müxtəlif istiqamətləri əhatə edən layihələr həyata keçirmək üçün maliyyə yardımı ayırır. Qeyd etdiyiniz kimi bu məsələdə də dövlət qeyri-hökumət təşkilatının hansıs siyasi patiyaya meyilliliyini, tutduğu xətti deyil, onun həyata keçirəcəyi layihənin, görəcəyi işin cəmiyyətə, dövlətə, insanlara nə dərəcədə fayda verəcəyini əsas götürür, diqqətdə saxlayır. Elə bu yanaşma özü də demokratik cəmiyyətə xas xüsusiyyət, plüralizm prinsiplərinə sadiqlik nümayişidir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara, və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur. Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətcisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür". İctimai Birlik sədri qeyd edib ki, inkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur: "Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi;sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir".
Çingiz Bayramov bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları da müstəqillik illərindən sonra inkişaf etməyə başlayıb: "Düzdür, müstəqillik illəinə qədə də tək-tək, barmaqla sayıla biləcək qədər qeyri-hökumət təşkilatları fəaliyyət göstərirdi, mövcud idi. Lakin Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi qeyd etdiyimiz istiqamətdə də ciddi şəkildə irəliləyiş, inkişaf baş Verdi. Bu da təbii idi. Çünki demokratik bir ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsi zəruri və zamanın tələbi idi. Beləliklə qısa müddətdə dövlətin də dəstəyi sayəsində Azərbaycan vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları inkişaf etdi, cəmiyyətdə önəmli rol oynamağa başladı". Çingiz Bayramovun sözlərinə görə, günümüzdə ölkədə bu qədər sayta vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatlarının mövcudluğunun özü Azərbaycanda plüralizmin təmin olunduğunun əyani sübutlarından, göstəricilərindən biridirir: "Məlumdur ki, vətəndaş cəmiyyətinin struktur elementləri şəxsiyyət, ailə, məktəb, məscid (kilsə, sinaqoq, və s.), sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil kütləvi informasiya vasitələri, qeyri-dövlət sosial-iqtisadi əlaqələrdir. Vətəndaş cəmiyyətinin ən başlıca elementi olan mülkiyyət şəxsiyyətin və bütün cəmiyyətin azadlığının ilkin şərti kimi çıxış edir. Mülkiyyətə hörmət olmayan yerdə şxsiyyətə də hörmət yoxdur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar. İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, koperativlər, icarə kolllektivləri, birliklər, aksioner təşkilatları, korporasialar və vətəndaşların digər könüllü birlikləri təşkil edir. Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını isə ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları təşkil edir. Nəhayət, vətəndaş cəmiyyətinin mənəvi sferasını söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi təşkil edir". İctimai Birlik sədrinin sözlərinə görə, siyasi və ideoloji pluralizm, leqal müxalifətin mövcudluğu, həmçinin, kütləvi informasiya vasitələrinin müstəqilliyi, fikir, söz, mətbuat azadlığı burada əsas meyarlar sırasında yer alır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir