Dənizdə "ət yeyən bakteriya" təhlükəsi: qadının ayağını kəsəcəklər

Ayaqlarını dənizə suyuna daxil edərkən ölümlə üz-üzə gələcəyi ağlından keçirməyən qadın nadir qarşılanan ölümcül bir virusun badına gedib. Bonita Fetterman, ABŞ-ın Cənubi Karolin ştatında bir çimərlikdə ayaqlarını dənizə saldıqdan sonra tibb aləmində ət yeyən bakteriya olaraq tanınan nekrotizan fasiit qəbul edib. Ölümcül infeksiya üzündən ciddi nəzarətə götürülən qadının vəziyyəti hələ də kritik olaraq qalır.

Ayaqlarını dənizə suyuna daxil edərkən ölümlə üz-üzə gələcəyi ağlından keçirməyən qadın nadir qarşılanan ölümcül bir virusun badına gedib. Bonita Fetterman, ABŞ-ın Cənubi Karolin ştatında bir çimərlikdə ayaqlarını dənizə saldıqdan sonra tibb aləmində ət yeyən bakteriya olaraq tanınan nekrotizan fasiit qəbul edib. Ölümcül infeksiya üzündən ciddi nəzarətə götürülən qadının vəziyyəti hələ də kritik olaraq qalır. İnfeksiyanın bədəninə yayılmaması üçün Fettermanın ayağının kəsilməsi lazımdır. Anasının fotolarını sosial şəbəkə paylaşan Marşa Barnes Beal hər kəsdən onun üçün dua etmələrini xahiş edib.

Ət yeyən bakteriya kiçik bir kəsik, yara vasitəsi ilə bədənə girərək sürətli bir şəkildə yayılır. Təcili olaraq aşkar edilib, müdaxilə edilməzsə, ölümlə nəticələnə bilər. Milli.Az Daily Mail-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31