Paytaxtdakı güclü yanğınla bağlı - Rəsmi açıqlama
Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında Bakıda qarajda baş verən yanğınla bağlı məlumat yayıb. Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və içərisində "VAZ” markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
2 Avqust 2017 14:51 SosialFövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında Bakıda qarajda baş verən yanğınla bağlı məlumat yayıb. Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və içərisində "VAZ" markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. BakuPost.az